Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi - 07/2019

Ölkələrin əsas məqsədlərindən biri dünyanın harasında olursa- olsun, vətəndaşlarının hüquq və mənafelərini qorumaqdır. Suveren ölkələrə məxsus bu fəaliyyət, xarici siyasətin əsas maddələrindən biri olmaqla yanaşı, bir etibar məsələsidir.

1145261
Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi - 07/2019

Ölkələrin əsas məqsədlərindən biri dünyanın harasında olursa- olsun, vətəndaşlarının hüquq və mənafelərini qorumaqdır. Suveren ölkələrə məxsus bu fəaliyyət, xarici siyasətin əsas maddələrindən biri olmaqla yanaşı, eyni zamanda, əvəzolunmaz bir etibar məsələsidir.

 Türkiyənin 2000-ci illərdən sonra artan xarici siyasət fəaliyyətinin mütəhərrik qüvvələrindən biri də 1960-cı illərdən etibarən xaricdə yaşayan və bu gün sayları 6 milyonu keçən vətəndaşlarının faydasını düşünməkdir.

 2010-ci ildə yaradılan Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi bu çərçivədə siyasətlər müəyyən etmək və bunların həyata keçirilməsini koordinasiya etməklə vəzifələndirilmişdir.

 Bir diaspor diplomatiyası qurumu olan  Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi əksəriyyəti Avropa qitəsindəki ölkələrdə yaşayan vətəndaşlarının Türkiyə mənbəli iş və əməliyyatlarını sadələşdirməklə yanaşı, mədəni kimliklərinin qorunub inkişaf etdirilməsi, təhsil və status artıeıcı xidmətlərdən faydalanmaları, ana vətən mənsubluqlarının mühafizə edilməsi və diskriminativ tədbirlərə qarşı maarifləndirilməsi kimi məsələlərdə onlara dəstək olan fəaliyyətlər aparır.

 Bu sahələrdəki fəaliyyətini, xüsusilə, xaricdə yaşayan gənclərlə bağlı fəaliyyətlərini artıran Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqlar İdarəsi Türkiyə vətəndaşlarının yaşadıqları ölkələrdə həmin ölkələrin bütün vətəndaşları ilə bərabər imkanlara malik olaraq,  olduqları cəmiyyətlərə fəal, faydalı və mötəbər bir şəkildə qatılmalarını hədəfləyir.



Әlaqәli Xәbәrlәr