Türkiyә mәtbuatı, 4 iyul 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1851253
Türkiyә mәtbuatı, 4 iyul 2022

"Star": Yunanıstan mətbuatının heyrətamiz etirafı

Yunanıstanın “Ta Nea” qəzetinin “Ərdoğanın danışıqlar sənəti” başlıqlı məqaləsində Prezident Rəcəb Tayyib Ərdoğanın NATO Zirvə Toplantısındakı roluna diqqət çəkilib. Məqalədə “Türkiyə Prezidenti Madrid sammitində beynəlxalq arenada hələ də danışıqlar sənətinə sahib olduğunu göstərdi. Biz bəzən unuduruq ki, Ərdoğan beynəlxalq aləmdə öz məqsədlərinə çatmaq üçün xüsusi təcrübəyə və bacarıqlara malik bir siyasətçidir" ifadələri yer alıb. 

"Hürriyet": Terror təşkilatında “Pənçə-Kilid"” əməliyyatı panikası

İraqın şimalında aprelin 17-də başlayan və uğurla davam edən "Pəncə-Kilid" əməliyyatı ilə bölgə terrorçulardan təmizlənir. Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, uğurlu əməliyyat sayəsində separatçı terror təşkilatı PKK-nın yüksək vəzifəli idarəçiləri adlanan şəxslər digər terrorçuları ölümə tərk edərək qaçır.

"Haber Türk": Türkiyədə elektirik enerjisi doldurma məntəqələrinə böyük investisiya

Sənaye və Texnologiya Nazirliyi tərəfindən Türkiyədə elektrikli nəqliyyat vasitələrinin elektirik enerjisi doldurma infrastrukturunun qurulması məqsədi ilə həyata keçirilən "Elektrikli Avtomobillər üçün Sürətli Doldurma Stansiyalarına Dəstək Proqramı" ilə 1 milyard lirəlik sərmayə qoyulub. Dəstək proqramı ilə Türkiyə sürətli elektirik enerjisi duldurma məntəqəsi tutumunu ən sürətli artıran ölkələrdən biri olacaq.

"Yeni Şafak": "TEKNOFEST Startap Proqramı" başladı

"TEKNOFEST Startap Proqramı" dünən İstanbulda keçirilən təqdimatla başladı. T3 Vəqfi Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar "Startap Proqramı ilə finala yüksələn və yarışmalarda yer alan gənc qardaşlarımız, milli sahədə ölkəmizin texnologiya həmləsindəki tam müstəqil gələcəyinə xidmət etmək üçün yollarını davam etdirəcəklər" deyib.

"Sabah": Türk podratçılardan böyük uğur

İş həcmini günü-gündən artıran Türkiyənin xaricdəki podratçılıq sektorunun ilin ilk yarısında öhdəsinə götürdüyü 132 layihənin ümumi dəyəri 4,6 milyard dollar olub. Türkiyənin xaricdəki podratçılıq sektoru 40 firma ilə Çin və ABŞ-dan sonra üçüncü yerdədir.



Әlaqәli Xәbәrlәr