Türkiyә mәtbuatı, 1 iyul 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1850490
Türkiyә mәtbuatı, 1 iyul 2022

“Yeni Şafak”: Prezident Ərdoğan: "İmzaladığımız memorandum tarixi qələbədir”

Prezident Rəcəb Tayyib Ərdoğan dünən İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Zirvə Toplantısından sonra təşkil edilən mətbuat konfransında "İsveç, Türkiyə, Finlandiya üçlü memorandumu Türkiyə və millətimiz üçün çətin danışıqlar prosesindən sonra  əldə edilmiş diplomatik qələbədir" dedi.

"Hürriyet": ABŞ Prezidenti Bayden: "Türkiyəyə F-16 satmalıyıq”

ABŞ Prezidenti Co Bayden NATO Zirvə Toplantısından sonra keçirdiyi yığıncaqda "Türkiyəyə F-16 satmalıyıq. Bunun əksi bizim maraqlarımıza uyğun deyil. Konqres təsdiq etməlidir, buna nail ola bilərik" dedi.

"Sabah": İspaniyanın Baş naziri Sançes Türkiyəyə təşəkkür edib

İspaniyanın Baş naziri Pedro Sançez Madriddə keçirilən NATO Zirvə Toplantısında Türkiyəyə "konstruktiv münasibət"inə görə təşəkkür edib. "Türkiyə təhlükəsizlik və vasitəçilikdə əsas tərəfdaşdır. Mən bu gün Prezident Ərdoğanla görüşdüm. Ona Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoymaq və dialoqu təşviq etmək üçün göstərdiyi diplomatik səylərə və cənub cinahının gücləndirilməsində göstərdiyi dəstəyə görə təşəkkür etdim", - Sançes bildirib.

"Haber Türk": Türkiyənin ixracı may ayında artıb

Türkiyənin ixracı may ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artaraq 18 milyard 984 milyon dollara çatıb. May ayında ixracda birinci yeri tutan Almaniyaya 1 milyard 492 milyon dollar ixrac edilib.

"Star": Türkiyəyə daha bir qızıl medal

Əlcəzairdə keçirilən 19-cu Aralıq dənizi Oyunlarının 5-ci günündə milli cüdoçu Vedat Albayrak 81 kiloda finalda italiyalı rəqibi Kenni Komi Bedeli məğlub edərək qızıl medal qazandı.



Әlaqәli Xәbәrlәr