Türkiyə mətbuatı, 28 iyun 2022

“Star, “Hürriyet”, “Sabah”, “Yeni Şafak” və “Haber Türk” nələrdən yazır?

1848864
Türkiyə mətbuatı, 28 iyun 2022

 

“Star”: Sərhəddə əməliyyat siqnalı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada "Suriya sərhədimizdəki təhlükəsizlik dəhlizindəki çatışmazlıqları tamamlamaq üçün hazırlıqlarımız bitən kimi orada yeni əməliyyatlara başlayacağıq" dedi.

“Hürriyet”: “Müttəfiqlərimizdən heç biri Türkiyə qədər hücuma məruz qalmayıb”

  NATO-nun baş katibi Yens Stoltenberq "NATO-ya üzvlük prosesi çərçivəsində hamımızın təhlükəsizlik qayğıları nəzərə alınmalıdır. Terror təşkilatı PKK-nın hücumları da daxil olmaqla, heç bir müttəfiqimiz Türkiyə qədər hücuma məruz qalmayıb" dedi.

“Sabah”: Ərdoğandan neftlə bağlı şad xəbər

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Adanada neft kəşfiyyatı apardığımız iki quyuda yüksək keyfiyyətli neft tapdıq. Neftin ehtiyat dəyəri təxminən 1 milyard dollar olaraq hesablanıb" dedi.

“Yeni Şafak”: Çavuşoğlu “Zəngəzur dəhlizi ən qısa zamanda açılmalıdır" dedi

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Azərbaycan-Qazaxıstan Xarici İşlər və Nəqliyyat Nazirləri Toplantısından sonra verdiyi açıqlamada bildirib: “Azərbaycan və Ermənistan arasında gedən prosesi, Azərbaycanın qərb bölgələrini birləşdirəcək Zəngəzur dəhlizinin açılmasını güclü şəkildə dəstəkləyirik. Azərbaycan və Naxçıvanla birlikdə onun açılışını səbirsizliklə gözləyirik”.

“Haber Türk”: Antaliyaya hava yolu ilə gələn turistlərin sayı 4 milyonu keçib

  2022-ci il yanvarın 1-dən iyunun 26-na kimi hava yolu ilə Antaliyaya gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 193 faiz artaraq 4 milyonu keçib.



Әlaqәli Xәbәrlәr