Türkiyә mәtbuatı: 24 iyun 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1847698
Türkiyә mәtbuatı: 24 iyun 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Mövlud Çavuşoğlu: ‘‘Türkiyə taxıl dəhlizinin yaradılmasında konstruktiv rol oynayır’’

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Qara dənizdə taxıl dəhlizinin yaradılmasında konstruktiv rol oynadığını bildirib.

Mövlud Çavuşoğlu Ankaraya rәsmi sәfәr edәn Böyük Britaniyanın xarici işlər naziri Lizz Truss ilə görüşdükdən sonra birgə mətbuat konfransı tәşkil edib.

Mövlud Çavuşoğlu taxıl dәhlizi ilә bağlı deyib: "Türkiyə  Qara dənizdə taxıl dəhlizinin yaradılmasında konstruktiv rol oynayır. Rusiyadan İstanbulda keçirilməsi planlaşdırılan görüşə bağlı müsbәt cavab gözləyirik’’ .

Ukrayna taxılının və ya hər hansı bir məhsulun Rusiya və ya digər ölkələr tərəfindən qanunsuz olaraq alqı-satqısına qarşı olduqlarını vurğulayan Mövlud Çavuşoğlu deyib: ‘‘Türkiyə olaraq bunun bizə gəlməsinə icazə verməyəcəyik”.

“Əgər razılıq әldә olunarsa İstanbulda nəzarət mərkəzi və Ukrayna ərazi sularından bir qədər kənarda təhlükəsiz zona yaradılacaq”,-deyә Mövlud Çavuşoğlu vurğulayıb.

‘‘Yeni Şafak’’: Mövlud Çavuşoğlu: ‘‘İsrail ilə diplomatik təmsilçilik səviyyəmizi səfir səviyyəsinə çatdırmaq üçün sәylәr göstәririk’’

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu  İsrail ilə Türkiyənin Xarici İşlәr Nazirliklәri  arasındakı ikitərəfli siyasi və regional məsləhətləşmələrin vacib olduğunu ifadə edib. Mövlud Çavuşoğlu deyib: "Diplomatik təmsilçilik səviyyəmizi səfir səviyyəsinə çatdırmaq üçün sәylәr göstәririk’’.

‘‘Sabah’’: Fuad Oqtay: ‘‘ŞKTC-nin bütün qurum və təşkilatlarının güclənməsinə böyük əhəmiyyət veririk’’

Türkiyәnin vitse-prezidenti Fuad Oqtay Şimali Kıbrıs Türk Cümhuriyyәtinin sabitliyinə, onun bütün qurum və təşkilatları ilə güclənməsinə böyük əhəmiyyət verdiklərini ifadə edərək Kıbrısdakı türklәrin öz torpaqlarında suverenliklərini möhkəmləndirmələrini dəstəklədiklərini söyləyib.

‘‘Habertürk’’: ‘‘Bayraktar Akıncı’’ növbәti dәfә rekorda imza atıb

‘‘Baykar’’ şirkәti tәrәfindәn milli imkanlarla inkişaf etdirilәn ‘‘Bayraktar Akıncı’’ PUA-sı növbәti dәfә milli aviasiya rekordunu qırdı.

‘‘Star’’: Türkiyәdә istehsal olunan ayaqqabılara tәlәbat artıb

Türkiyə Ayaqqabıçılar Federasiyasının prezidenti Əhməd Aydan Türkiyәdә istehsal olunan ayaqqabılara tәlәbatın artdığını ifadә edib. Әhmәd Aydan deyib: “Hazırda xüsusilə İspaniya, Portuqaliya, Fransa, Hollandiya və Belçika Türkiyәdә istehsal olunan ayaqqabılara üstünlük verir''.



Әlaqәli Xәbәrlәr