Türkiyә mәtbuatı, 23 iyun 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1847062
Türkiyә mәtbuatı, 23 iyun 2022

"Star": Türkiyə-Səudiyyə Ərəbistanı birgə bəyanatı

Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi səfər çərçivəsində Türkiyədə olan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ilə təkbətək görüşündən sonra iki ölkənin imzası ilə birgə bəyanat yayılıb. Türkiyə-Səudiyyə Ərəbistanı birgə bəyanatında deyilir: “Danışıqlar zamanı ikitərəfli münasibətlərdə, o cümlədən siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığın yeni dövrü başlandı. Tərəflər regionun gələcəyinə xidmət etmək üçün tarixi qardaşlıq əsasında əməkdaşlığı inkişaf və davam etdirmək əzmində olduqlarını vurguladılar".

"Hürriyet": Altun: "Türkiyənin terror mövzusunda qətiyyətlə qane edilməsi lazımdır"

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun "İsveçin NATO-ya daxil olması üçün yaşıl işığın yandırılması o deməkdir ki, İsveç xalqını bir hücum anında qorumağı öhdəmizə götürəcəyik. Əgər İsveç üçün belə bir məsuliyyəti öz üzərimizə götürsək, İsveçdə, Suriyada və ya İraqda toplanan pullarla Türkiyə vətəndaşlarına qarşı terror aktları törədilməyəcəyinə, İsveç silahlarının Suriyada və ya İraqdakı terror bunkerlərindən çıxmayacağına qəti şəkildə qane edilməliyik”.

"Yenişafak": Türkiyə ilə Rusiya arasında kritik zirvə: İlk konkret nəticə əldə olundu

Taxıl yüklü gəmilərin Ukraynadan çıxması üçün həyata keçirilən “qırmızı xətt diplomatiyası” çərçivəsində Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri Moskvada görüşdü. Görüş ilk konkret nəticəsini verdi, Türkiyənin quru yük gəmisi Ukraynanı tərk etdi.

"Vatan": Türkiyədə ilk! DATA fəaliyyətə başladı

Türkiyənin ilk Sualtı Sınaq İnfrastrukturu (DATA) həyata keçirildi. Test platforması olaraq DATA sualtı qayığa ehtiyac olmadan sualtı sursatları sınaqdan keçirə və simulyasiya edə bilər. Sənaye və texnologiya naziri Mustafa Varank "DATA mühüm döyüş sursatlarının inkişaf proseslərini sürətləndirəcək" deyib.

"Sabah": Türkiyə kənd təsərrüfatı məhsulunda Avropada birinci yeri tutur

İstanbulda keçirilən 8-ci Türkiyə-Ərəb Qida və Qida Texnologiyaları Sərgisində kənd təsərrüfatı və meşə nazirinin müavini Əbubəkir Gizligider “Türkiyə kənd təsərrüfatı məhsullarında Avropada birinci, dünyada isə ilk 10-luqdadır” deyib.



Әlaqәli Xәbәrlәr