Türkiyә mәtbuatı, 2 iyun 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1836433
Türkiyә mәtbuatı, 2 iyun 2022

"Hürriyet": Ərdoğan: Yeni mərhələyə qədəm qoyuruq

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyadakı hərbi əməliyyatla bağlı, "Cənub sərhədlərimizdə 30 kilometr dərinlikdə təhlükəsiz zona yaratmaq qərarımızın yeni mərhələsinə qədəm qoyuruq. Tel Rıfat və Mənbici terrorçulardan təmizləyirik. Sonra da tədricən digər bölgələrdə də eyni şeyi edəcək” dedi.

"Yenişafak": "Global Times": Finlandiya və İsveçi bloklamaq Türkiyənin özünəməxsus rolunu göstərir

Pekində dərc olunan “Global Times” qəzeti Türkiyənin tələblərinin yerinə yetirilmədiyi, Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə etiraz etməsilə bağlı Qərbin tələblərinin ədalətsiz olduğunu yazıb. Türkiyənin qlobal təhlükəsizlikdə müstəsna roluna diqqət çəkilib.

"Habertürk": İsveçin Baş naziri Andersson: "Türkiyə ilə dialoq davam edəcək"

İsveçin Baş naziri Maqdalena Andersson ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı "Türkiyə ilə dialoq davam edəcək. Türkiyənin tələbləri ilə bağlı birbaşa Türkiyəyə cavab verəcəyik və ziddiyyətləri aradan qaldıracağıq" deyib.

"Star": "The US Defence Post" yazıb: Türkiyənin SİHA-sı 2000 km ilə rekord qırdı

"Bayraktar Akıncı" SİHA-nın Tekirdağ Çorludan qalxaraq Gürcüstan üzərindən Azərbaycanın paytaxtı Bakıdakı TEKNOFEST-ə 2 min kilometrlik rekord uçuşu ABŞ-da böyük əks-səda yaratdı. ABŞ-da dərc olunan “The Defence Post” qəzeti oxucularına bunun rekord olduğunu açıqlayıb və "Akıncı"nın üstün texnoloji avadanlıq və missiya imkanlarını yüksək qiymətləndirib.

"Sabah": THY Cənubi Sudanın paytaxtı Cubanı uçuş şəbəkəsinə daxil etdi

Dünyanın ən çox ölkəsinə uçuşlar həyata keçirən Türk Hava Yolları (THY) uçuş şəbəkəsini genişləndirməyə davam edir. THY Cənubi Sudanın paytaxtı Cubaya başlatdığı uçuşla reys həyata keçirdiyi ölkələrin sayını 129-a, istiqamət sayını isə 338-ə yüksəldib.



Әlaqәli Xәbәrlәr