Türkiyə mətbuatı, 18 may 2022-ci il
“Hürriyət”, “Yeni Şafak”, “Vatan”, “Sabah” və “Star” bu gün nələrdən yazır?

“Hürriyət”: Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə başsağlığı ziyarəti
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sabiq başçısı Şeyx Xəlifə ibn Zayed əl-Nəhyanın vəfatı ilə əlaqədar paytaxt Əbu-Dabiyə getdi. Başsağlığı səfəri çərçivəsində Ərdoğan BƏƏ-nin yeni dövlət başçısı, əmir Şeyx Məhəmməd ibn Zayed əl-Nəhyan ilə görüşüb.
“Yeni Şafak”: Bayraktar TB2” Ukraynadakı oyunu dəyişdi
Türkiyə PUA-sı “Bayraktar TB2” Rusiyanın təxminən 3 ay əvvəl başladığı müharibədə Ukrayna ordusunun müdafiə xəttində fərqlənməyə davam edir. İngiltərə mətbuatı Rusiya ordusunun müharibə başlayandan bəri Ukraynanın müdafiəsində 800-dən çox hücum həyata keçirən “Bayraktar TB2”lərdən Rusiyanın dad etdiyindən yazır.
“Vatan”: İsveç və Finlandiyadan Türkiyə açıqlaması
Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin NATO-ya üzvlüyü və Türkiyənin reaksiyası ilə bağlı “Problemi həll edəcəyimizə inanırıq”, İsveç baş naziri Maqdalena Andersson da “Türkiyə ilə danışaraq istənilən problemi həll etməyə hazırıq” deyiblər.
“Sabah”: Türkiyə mal-qara sayına görə Aİ ölkələrini geridə qoyub
Avropa Statistika İdarəsi – “Eurostat”ın məlumatına görə, Türkiyə qoyun və keçilərin sayına görə Avropa İttifaqı (Aİ) ölkələri ilə müqayisədə irəlidədir.
“Star”: Rusiyalılar ilk dəfə zirvədədir
Rusiyalıların Türkiyədən aldığı yaşayış evlərinin sayı 2022-ci ilin aprel ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 186,6 faiz artaraq 1152-yə çatıb. Bu hesabla Türkiyədə ev alan əcnəbilər siyahısında ilk dəfə rusiyalılar başdadır.