Türkiyə mətbuatı, 17 may 2022

“Star”, “Haber Türk”, “Hürriyət”, “Yeni Şafak” və “Sabah” nələrdən yazır?

1827895
Türkiyə mətbuatı, 17 may 2022

 

“Star”: Türkiyə ilə Əlcəzayir arasında 15 müqavilə imzalandı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və paytaxt Ankaraya rəsmi səfər edən Əlcəzair prezidenti Əbdülməcid Tebbunun iştirakı ilə mədənçilik, ətraf mühit, təhsil, mədəniyyət və müdafiə sənayesi sahələrində Türkiyə-Əlcəzair arasında əlaqələri gücləndirəcək 15 müqavilə imzalanıb.

“Haber Türk”: Ərdoğan “Finlandiya və İsveçin NATO üzvlüyünə “hə” deyə bilmərik” dedi

  Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçin terrora qarşı rəftarlarının aydın olmadığını ifadə edərək “Üstəlik bizə sanksiya tətbiq edənlərə “hə” deyə bilmərik” sözlərini işlətdi.

“Hürriyət”: Stoltenberq “Türkiyənin təhlükəsizlik problemləri həll edilməlidir" dedi

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Söhbətdən sonra açıqlama verən Y.Stoltenberq "Türkiyə dəyərli müttəfiqdir və hər cür təhlükəsizlik narahatlığı nəzərə alınmalıdır" deyib.

“Yeni Şafak”: İsveç terroru dəstəkləməyə davam edir

  Türkiyənin NATO üzvlüyünü müsbət qarşılamadığı İsveçdə separatçı terror təşkilatı PKK-ya dəstək nümayişləri davam edir. Paytaxt Stokholmun ən məşhur küçəsi olan Kunqsqatanda mayın 16-da nəhəng PKK “bayrağ”ı asılıb. Polis nümayişə müdaxilə etməyib.

“Sabah”: “Anadolujet” Milan-Berqamo uçuşlarına başlayır

  Türkiyə Hava Yollarının (THY) alt brendi olan “AnadoluJet” İstanbul Sabiha Gökçen Hava Limanından İtaliyanın Milan Berqamo Hava Limanına uçuşlara başlayıb. Uçuşlar həftənin 7 günü həyata keçiriləcək.

 



Әlaqәli Xәbәrlәr