Türkiyә mәtbuatı, 13 may 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1826298
Türkiyә mәtbuatı, 13 may 2022

"Vatan": Türkiyənin Parisdəki Baş Konsulluğuna bombalı hücum olub

Türkiyənin Fransanın paytaxtı Parisdəki Baş Konsulluğuna naməlum şəxs və ya şəxslər əl istehsalı bomba ilə hücum edib. Hücum nəticəsində baş konsulluğun binasına ziyan dəyib. Qaynaqlar hücuma görə məsuliyyəti terror təşkilatı PKK-ya bağlı birləşmələrin üzərinə götürdüyünə dair məlumat əldə edildiyini bildiriblər.

“Yeni Şafak”: Ərdoğan: "Tokioda fəxr etdik, növbə Parisdədir”

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Tokio-2020-yə 87 idmançı göndərərək, paralimpiya oyunları tarixində ən çox idmançı ilə iştirak etdiyi tədbir olduğunu bildirib. Türkiyə idmançılarının beynəlxalq çempionatlarda çoxlu medal qazandığını vurğulayan Ərdoğan "2024 Paris Olimpiadasında həm idmançı sayı, həm də qazanılan medallar baxımından yeni bir rekorda imza atacağımıza inanıram" dedi.

“Haber Türk”: Türkiyə vətəndaşlığı almağın limiti artırılıb

Daşınmaz əmlak almaqla əldə edilən Türkiyə vətəndaşlığında limiti 250 min dollardan 400 min dollara qaldıran Prezidentliyin qərarı "Resmi Gazete"də dərc olunub. Qərar bir ay sonra qüvvəyə minəcək. Əsasnamədə edilən başqa bir dəyişikliklə, ən azı 500 min dollar və ya xarici valyuta ekvivalenti məbləğində əlavə miqdarla fərdi pensiya sisteminə daxil olan və sistemdə 3 il qalan əcnəbilərə Türkiyə vətəndaşlığı verilə bilər. Qərar bu gündən qüvvəyə minib.

"Star": Türkiyə ilə Azərbaycan arasında əsrin layihəsi

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Türkiyə ilə Azərbaycan arasında Zəngəzur dəmir yolu və avtomobil yolu xəttinin istifadəyə verilməsi ilə İstanbuldan Çinə aparan dəhlizin reallaşacağını bildirib. Bu dəhliz Asiya ölkələrinin Avropaya ucuz qiymətə mal ixrac etməsinə zəmin yaradacaq, türk dünyasını yaxınlaşdıracaq.

"Sabah": “Əcnəbi tələbələr İstanbul Hava Limanında heyran qaldılar”

İngiltərənin Birmingem şəhərindəki Birmingem Universitet Kollecində aviasiya və turizm sahəsində təhsil alan tələbələr təhsil səfərləri üçün İstanbula üstünlük veriblər. Dünyanın müxtəlif ölkələrindən gələn 60 tələbə İstanbul Hava Limanına heyran olub. Latviyalı tələbə Aija Busa "Mən heç vaxt belə mükəmməl hava limanı görməmişdim" deyib.



Әlaqәli Xәbәrlәr