Türkiyә mәtbuatı, 14 aprel 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1812034
Türkiyә mәtbuatı, 14 aprel 2022

"Star": Ərdoğan: "Mehmetciklə fəxr edirik”

Hakkari vilayətinin Yüksekova bölgəsində əsgərlərlə iftar süfrəsində bir araya gələn prezident Rəcəb Tayyib Ərdoğan “Türk Silahlı Qüvvələrimizin sərhədlərimizi qorumaq vəzifəsi xaricində bir çox fərqli və həqiqətən də çətin coğrafiyalarda apardığı əməliyyatlar, qlobal çirkin ssenarilərdə ölkəmizi faktiki olaraq toxunulmaz edir" dedi. Ərdoğan türk əsgərlərinin Suriyadan Liviyaya, İraqdan Qarabağa, Aralıq dənizindən Egeyə qədər bir çox yerdə dastanlar yazaraq əldə etdiyi uğurları ilə fəxr etdiklərini bildirdi.

"Hürriyet": Kalından 'Yeni Soyuq Müharibə' xəbərdarlığı

Prezidentin sözçüsü İbrahim Kalın Ukrayna böhranının dərinləşdiyini və yeni soyuq müharibə dövrünə qədəm qoyulduğunu bildirdi. Kalın bu prosesdə "Türkiyə balanslı mövqeyini qoruyacaq" açıqlamasını verdi.

"Yeni Şafak": “Sülh üçün ən çox çalışan ölkə Türkiyədir”

İtaliyanın xarici işlər naziri Luici Di Maio bildirib ki, Ukraynadakı müharibədə sülh üçün ən çox çalışan ölkənin Türkiyə olduğunu söylədi. Maio "Biz atəşkəsdən əvvəl sülh konfransını təşviq etməliyik. Sülh üçün ən çox çalışan ölkə hər iki tərəflə danışa bilən Türkiyədir” dedi.

"Haber Türk": Əcnəbilər Türkiyədə 10 ildə 280 mindən çox ev alıb

2012-ci ildən etibarən Türkiyədə satılan mənzillərdə əcnəbilərin payı artarkən, son 10 ildə əcnəbilərə satılan mənzillərin ümumi sayı 287 min 704 olub. Son 4 ildə təxminən 20 min əcnəbi daşınmaz əmlak alaraq Türkiyə vətəndaşlığı əldə edib.

"Vatan": İnsulin yerli istehsal olunacaq

Səhiyyə naziri Fahrettin Koca  sosial media hesabında paylaşım edərək, “İnsulin Türkiyədə istehsal olunacaq. Xroniki xəstəlik olan Diabetdə həyati əhəmiyyət kəsb edən insulinin yerli istehsalı üçün hərəkətə keçdik. Türkiyə Dərman və Tibbi Cihaz Təşkilatı şirkətlərə çağırış etdi. Öz "Covid-19" əleyhinə peyvəndimizi istehsal etdikdən sonra insulinin yerli istehsalının vaxtı gəldi" dedi.



Әlaqәli Xәbәrlәr