Türkiyǝ mǝtbuatı: 12 yanvar 2022

Türkiyǝ mǝtbuatında dǝrc olunan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1761068
Türkiyǝ mǝtbuatı: 12 yanvar 2022

‘‘Haber Türk’’: Xarici işlǝr naziri Mövlud Çavuşoğlu: ‘‘Qazaxıstanın yanındayıq’’

Türkiyǝnin xarici işlǝr naziri Mövlud Çavuşoğlu dünǝn açıqlama verǝrǝk deyib: ‘‘Bütün imkanlarımızla Qazaxıstanın yanındayıq. Bütün imkanlarımızı sǝfǝrbǝr etmǝyǝ hazırıq’’.

 

‘‘Hürriyet’’: Nazir Hulusi Akar: ‘’22 terrorçu zǝrǝsizlǝşdirildi! PKK/YPG-yǝ aid hǝdǝflǝri vurmağa davam edǝcǝyik''

Türkiyǝnin milli müdafiǝ naziri Hulusi Akar Şanlıurfanın Akçakale qǝsǝbǝsindǝ 3 hǝrbçinin şǝhid olduğu terror hücumu ilǝ bağlı deyib: ‘‘PKK-YPG terrorçularına aid hǝdǝflǝri güclü şǝkildǝ vurduq, bundan sonra da vurmağa davam edǝcǝyik. Bu günǝdǝk 22 terrorçu zǝrǝrsizlǝşdirilib.Terrorçulara qarşı hǝyata keçirdiyimiz ǝmǝliyyatlar şiddǝtlǝ davam edǝcǝk’’.

 

‘‘Sabah’’: "Türkali-1" quyusunda qaz axış testi uğurla tamamlanıb

Türkiyǝnin milli neft şirkǝti (TPAO) Sakarya qaz sahəsindəki "Türkali-1" quyusunda birinci səviyyədə (R2) quyu axış sınağını uğurla başa çatdırıb.

 

‘‘Star’’: Türkiyǝnin 2021-ci ildǝ ǝn çox mal ixrac etdiyi ölkǝ Almaniya olub

Türkiyǝnin 2021-ci ildǝ ǝn çox mal ixrac etdiyi ölkǝ Almaniya olub.

Türkiyə Statistika İnstitutu ixrac göstəriciləri ilə bağlı hesabat yayıb. Hesabata  görə, Türkiyǝnin 2021-ci ildǝ hǝyata keçirdiyi ixrac 2020-ci il ilǝ müqayisǝdǝ 32,9 faiz artaraq 225 milyard 367,7 milyon dollara çatıb.

Türkiyǝnin 2021-ci ildǝ Almaniyaya hǝyata keçirdiyi ixrac 22,9 faiz artaraq 17 milyard 705,4 milyon dollara yüksǝlib. Belǝliklǝ Türkiyǝnin ǝn çox mal ixrac etdiyi ölkǝ Almaniya olub. İkinci yerdǝ Böyük Britaniya,üçüncü yerdǝ Amerika Birlǝşmiş Ştatları, üçüncü yerdǝ İtaliya vǝ beşinci yerdǝ İspaniya dayanır.

2021-ci ildǝ Türkiyǝdǝn Böyük Britaniyaya 13 milyard  229,7 milyon dollar, Amerika Birlǝşmiş Ştatlarına 12 milyard 844,7 milyon dollar, İtaliyaya 10 milyard 660,5 milyon dollar vǝ İspaniyaya 9 milyard 242 milyon dollar mǝblǝğindǝ ixrac hǝyata keçirilib.

 

‘‘Yeni Şafak’’: Türkiyǝdǝn beş ölkǝyǝ sǝfǝrlǝr yenidǝn başlayıb

Yeni növ koronavirusla bağlı görülǝn tǝdbirlǝr çǝrçivǝsindǝ Mülki Aviasiya İdarǝsi tǝrǝfindǝn dayandırılan Cǝnubi Afrika, Botsvana, Mozambik, Namibiya vǝ Zimbabve sǝfǝrlǝri dünǝn yenidǝn başlayıb.



Әlaqәli Xәbәrlәr