Türkiyǝ mǝtbuatı, 10 yanvar 2022

Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1759715
Türkiyǝ mǝtbuatı, 10 yanvar 2022

"Sabah": Türkiyə Qazaxıstanı dəstəkləməyə hazırdır

Xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstanın ən qısa zamanda sabitlik, sülh və əmin-amanlığa qovuşacağına ümid etdiklərini bildirib. Türkiyə və Türk Dövlətləri Təşkilatı olaraq Qazaxıstana hər cür dəstəyi verəcəklərini vurğulayan Çavuşoğlu “Türk dünyasının problemi bizim problemimizdir. Bütün dünya bunu Qarabağın qələbəsində gördü”, - deyə o bildirib.

"Sabah": “Turkovac" peyvəndinə böyük maraq var

Yeni növ koronavirusa (Covid-19) qarşı hazırlanmış yerli vaksin “Turkovac” dekabrın 30-dan etibarən bütün şəhər xəstəxanalarında tətbiq olunmağa başlayıb və vətəndaşlar peyvəndlərə böyük maraq göstərib. "Turkovac" son bir həftədə xəstəxanalardan peyvənd olunmaq üçün tələb olunan vaxtın 50 faizini təşkil edib. Yerli peyvəndin dünyanın bir çox bölgəsi üçün də ümid olacağı gözlənilir.

"Star": Sənaye sektorunda tarixi zirvə

Türkiyə sənaye sektoru keçən il 170 milyard dolları keçən xarici satışlarla ixracda tarixi zirvəyə çatdı. Sənaye qrupuna daxil olan 16 sektorun hamısı keçən il ixracatını artırıb. Beləliklə, sənaye qrupunun bütün sektorları 2021-ci ildə ixracda həmlə etdi. Keçən il sənaye ixracatında sektorlara ən çox tələb Almaniyadan gəldi.

"Hürriyet": Türkiyə sağlamlıq turizmində cazibə mərkəzidir

2020-ci ildə Türkiyədə 1 milyona yaxın estetik əməliyyat həyata keçirildi. Qeyri-cərrahi əməliyyatlarda botoks, cərrahi əməliyyatlarda isə burun əməliyyatları birinci yeri tutub. Türkiyə estetika sahəsində ən çox xarici xəstənin olduğu ikinci ölkə oldu. Gəlir səviyyəsi yüksək olan əcnəbilər plastik əməliyyat üçün Türkiyəyə üstünlük verirlər.

"Yeni Şafak": Yerli avtomobil bu il kütləvi istehsala hazır olacaq

Türkiyənin avtomobili TOGG bazara çıxdıqda, 200-3400 at gücü ilə 0-dan  100 km/saat sürətinə 4,8 saniyədə çıxış 500 kilometrə mənzil təqdim edəcək. Bütün funksiyalar TOGG-də mobillik ekosisteminə inteqrasiya olunacaq. Avtomobil 2022-ci ilin 4-cü rübündə kütləvi istehsala hazır olacaq, sertifikatlaşdırma işləri başa çatdıqdan sonra isə 2023-cü ilin 1-ci rübündə seriyalı istehsala başlanacaq.



Әlaqәli Xәbәrlәr