Türkiyə mətbuatı, 27 dekabr 2021
Türkiyə mətbuatında dünya və ölkə gündəminə dair dərc olmuş xəbərlər

"Vatan": Prezident Ərdoğanın faiz açıqlaması: "Bu çarxı sındıracağıq"
Prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının İstanbul Genişləndirilmiş Vilayət Məşvərət Məclisi Toplantısındakı çıxışında “Faiz zəngini daha zəngin, kasıbı isə kasıb edir. Faiz səbəb, inflyasiya isə nəticədir. Biz bu çarxı sındıracağıq və millətin əsas məqsədlərinə çatacağıq" dedi.
"Star": Müdafiə sənayemiz daha bir uğura imza atdı
Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri İsmayıl Dəmir müdafiə sənayesinin daha bir uğura imza atdığını vurğulayaraq, milli hava hücumundan müdafiə raket sistemi "HİSAR O"-nun son qəbul atışında hündürlükdə yüksək sürətli hədəfi məhv etdiyini açıqlayıb.
"Yeni Şafak": Logistikanın ulduz ölkəsi Türkiyə
Nəqliyyatda yol ayrıcı olan Türkiyə epidemiyaya baxmayaraq nəqliyyatda inkişaf edib. 11 ayda hava yolu ilə daşınan yüklərin həcmi 3 milyon tonu ötüb. Limanlarda etibarlı şəkildə daşınan konteynerlərin 9,9 faizi Türkiyə bayraqlı gəmilər tərəfindən reallaşıb.
"Habertürk": Antalya 9 milyon turist hədəfini ötdü
Turizm şəhəri Antalyada 2021-ci il üçün 9 milyon turist hədəfinə ilin sonuna qədər çatıldığı açıqlandı. 2021-ci ilə epidemiyanın kölgəsində girən Antalya iyul ayında başlayan fəaliyyətlə il sonuna qədər 9 milyon 2 min 217 turist hədəfinə çatdı.
"Sabah": 2200 il əvvəl türklər tərəfindən tikilib
2200 il əvvəl türklər tərəfindən inşa edilən su kanalları hələ də mühəndislik möcüzəsi kimi təsvir edilir. Karız kanalı adlanan bu yeraltı su şəbəkəsi Mərkəzi Asiyada, Turfan bölgəsində tikilmişdir. Sivilizasiya tarixində ən mühüm tapıntılardan biri kimi göstərilir.
Әlaqәli Xәbәrlәr

Türkiyə mətbuatı, 18 may 2022-ci il
“Hürriyət”, “Yeni Şafak”, “Vatan”, “Sabah” və “Star” bu gün nələrdən yazır?