Türkiyə mətbuatı, 20 dekabr 2021

Türkiyə mətbuatında dünya və ölkə gündəminə dair dərc olmuş xəbərlər

1749716
Türkiyə mətbuatı, 20 dekabr 2021

“Haber Türk”: Ərdoğan: "Bütün göstəricilər qlobal uğurdan xəbər verir”

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin qlobal böhranlara qarşı dayanıqlı olmasının və böhranları fürsətə çevirməkdə özünə inamının arxasında güclü bir infrastrukturun olduğunu deyib. Ərdoğan artım rəqəmləri, istehsal, məşğulluq və ixrac, büdcə balansları və bütün göstəricilərin Türkiyənin qlobal uğurundan xəbər verdiyini bildirib.

"Yeni Şafak": Türkiyənin 8-ci süni peyki kosmosa buraxıldı

"Türksat" süni peyk donanmasının ən güclüsü olacaq "Türksat" ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə buraxılıb. "TürkSAT 5B" süni peykinin buraxılması ilə Türkiyədə aktiv rabitə peyklərinin sayı 5-ə, ümumi peyk sayı isə 8-ə yüksəldi. Peyklə Türkiyənin məlumat ötürmə sürəti və tutumu 15 dəfədən çox artacaq.

"Star": Türkiyənin təcrübəsi nümunə təşkil edir

Türkiyənin milli və unikal silahlı pilotsuz uçuş aparatları (SİHA) "Bayraktar TB2"-ləri ilə bağlı açıqlamalar verən ABŞ Müdafiə Nazirliyinin etibarlı müşaviri kimi tanınan Skott Krino “Suriya, Liviya və Qarabağdakı uğurların arxasında Türkiyənin istehsal təcrübəsi dayanır. Türkiyənin təcrübəsi ölkələrin də izləməli olduğu güclü bir şablondur” dedi.

Sabah: "Turkovac" peyvəndinə etibar tamdır
Türkiyə Peyvənd İnstitununun sədri  və Koronavirus Elm İş Şurasının üzvü Prof. Dr. Ateş Kara yerli inaktiv yeni növ koronavirus (Covid-19) əleyhinə peyvəndlə bağlı klinik tədqiqatlardakı ilk məlumatların çox müsbət olduğunu bildirdi. "Turkovac" ilə müalicə olunanlar arasında ağır "Covid-19" xəstəsi olan kimsənin olmadığını vurğulayan Kara "“Turkovac" antitel səviyyələrini də sürətlə artırdı. Üçüncü doza peyvəndi kimi asanlıqla istifadə edilə bilər” dedi.

"Hürriyet": “Vakıfbank" 4-cü dəfə dünya çempionu oldu

"VakıfBank" FIVB Qadınlar Klublararası Dünya Çempionatının finalında İtaliya təmsilçisi "İmoko Konegliano"ya 3-2 hesabı ilə qalib gələrək 4-cü dəfə çempion oldu.



Әlaqәli Xәbәrlәr