Türkiyə mətbuatı, 13 dekabr 2021

Türkiyə qəzetlərində dünya və ölkə gündəminə dair əks etmiş xəbərlər

1746453
Türkiyə mətbuatı, 13 dekabr 2021

"Hürriyet": Səhiyyə naziri F. Koca: "Vətəndaşlarımız narahat olmasın, tədbirlərə əməl etsinlər”

Səhiyyə naziri Fahrettin Koca dünən "Twitter" hesabından etdiyi paylaşımda Türkiyədə də aşkarlanan "Omicron" variantı ilə bağlı narahatlığın olmaması və tədbirlərə əməl edilməsinin vacibliyini ifadə edərək, "Vətəndaşlarımız əskik olan peyvəndlərini tamamlamalıdırlar" deyib.

"Vatan": Nazir Karaismailoğlu müjdə verdi

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu dünən paytaxt Ankarada Türkiyə Böyük Millət Məclisində verdiyi məlumatda milli elektrikli qatarın 2022-ci ildə relslərdə olacağı ilə bağlı müjdə verdi.

"Star": Avrasiya tunelinə Türkiyəni qürurlandıran mükafat

İstanbul Avrasiya tuneli İngiltərədə 50 ilə yaxındır tikinti və mühəndislik sahəsində nəşr olunan və hər il dünyanın ən yaxşı tunel təcrübələrini mükafatlandıran "New Civil Engineer" (NCE) jurnalı tərəfindən innovasiya mükafatına layiq görüldü.

"Haber Türk": Zeytun və zeytunyağı sektorunun ən böyük ixracı ABŞ-na

Türkiyənin zeytun və zeytun yağı ixracı noyabr ayında bir əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,9 faiz artaraq 30 milyon 726 min dollara yüksəldi. Bu dövrdə sektorun ən çox ixrac etdiyi ölkə olan Amerika Birləşmiş Ştatlarına 7 milyon 511 min dollarlıq xarici satış reallaşdı.

"Sabah": “İzmirdə Hettlər dövrünə aid 4 lövhə nümayiş etdirilir

İzmirdə Boğazköy qazıntılarında tapılan Hettlər dövrünə aid 4 lövhə İzmir Arxeologiya muzeyində sərgilənir. Hett İmperatorluğunun “müqəddəs nikah”, “bayram” və “sehr” kimi ayinlərini təsvir edən 3500 illik lövhələr ziyarətçilərin diqqətini çəkir.



Әlaqәli Xәbәrlәr