Türkiyə mətbuatı, 08 dekabr 2021

Türkiyə qəzetlərində dünya və ölkə gündəminə dair əks etmiş xəbərlər

1744441
Türkiyə mətbuatı, 08 dekabr 2021

“Hürriyət”: Ərdoğan: “Bütün Körfəz xalqları bizim qardaşımızdır”

Prezident Rəcəb Tayyib Ərdoğan səfərdə olduğu Qətərdə Əmir Şeyx Təmim bin Hamed Əl Tani ilə qapalı qapılar arkasında keçirdiyi görüşdən sonra iki ölkənin nazirlikləri arasında 15 ortaq saziş imzalanıb. Prezident daha sonra Qətər-Türkiyə Qüvvələr Komandanlığına baş çəkib. Ərdoğan burada verdiyi açıqlamada: “Türkiyə olaraq Qətərlə birlikdə Körfəz bölgəsində sülh və rifahın hökm etməsini yüksək qiymətləndiririk. Bu ərazilərdə gərginlik görmək istəmirik. Körfəzdəki bütün xalqlar, mənşəyindən və məzhəbindən asılı olmayaraq, bizim qardaşımızdır”.

“Yeni Şafak”: İngiltərədən Türkiyəyə mesaj: “Müttəfiq olmağa hazırıq” Britaniya Müdafiə və Təhlükəsizlik Forumunun rəhbəri Olqa Meytland Türkiyənin milli təhlükəsizlik sahəsində atdığı addımlara diqqət çəkib. Böyük Britaniyanın bu sahədə Türkiyə ilə məlumat paylaşmağa hazır olduğunu və Türkiyənin müttəfiq kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.

“Star”: Taliban türk şirkətlərinə çağırış edib

Taliban administrasiyasının su və energetika nazirinin müavini Muciburrahman Ömər başda Türk iş adamları olmaqla dünyanın hər yerindən investorları, Əfqanıstanda sərmayə həyata keçirməyə çağırdıqlarını bildirib.

“Sabah”: Türkiyə Hava Yollar dünyanın 335 istiqamətə uçur

 Mülki aviasiya sahəsindəki inkişaflarla dünyanın ən geniş uçuş şəbəkəsinə sahib ölkələrdən biri olan Türkiyə, 2003-cü ildə 50 ölkədə 60 istiqamətə uçuş həyata keçirirdi. Lazırda bu 128 ölkədə 335 istiqamətə çatıb.

“Haber Türk” : MSC Cruises 2022-ci ildə Türkiyəyə qayıdır

Türkiyə 2022-ci ilin yay fəslində MSC Cruises-in Aralıq dənizi səyahət proqramına daxil ediləcək. Aydının Kuşadası qəsəbəsi, dəniz tətilinə çıxan qonaqlar üçün gəmiyə qəbul ediləcək ilk liman olacaq.



Әlaqәli Xәbәrlәr