Türkiyə mətbuatı, 7 dekabr 2021

Türkiyə mətbuatında dünya və ölkə gündəminə dair əks edən xəbərlər

1743882
Türkiyə mətbuatı, 7 dekabr 2021

 

“Haber Türk”: Türkiyə epidemiyaya baxmayaraq böyüyərək yoluna davam etdir”

Vitse-prezident Fuat Oktay, iqtisadi artım templərindən ixrac həciminin rekord seviyyəyə çatmasına, sənaye istehsalındakı artımdan işçi qüvvəsinə qədər bir çox göstəricinin, Türkiyənin yeni növ koronavirus (Covid-19) epidemiyasından ən az təsirlənən ölkə olduğunu göz önünə sərdiyini, bütün çətinliklərə baxmayaraq inkişaf tempinin davam etdiyini və bundan sonra da edəcəyini vurğulayıb.

“Hürriyət”: Türkdilli Dövlətlər Təşkilatından Afrika ölkələrinə peyvənd yardımı”

Türkiyə, Azərbaycan, Özbəkistan və Macarıstanın bağışladığı yeni növ koronavirus (Covid-19) əleyhinə peyvəndlər, Türkiyəyə məxsus hərbi yük təyyarəsilə Afrika ölkələri olan Burkina Faso və Toqoya göndərilib.

“Yeni Şafak”: Yerli Avtomobil “TOGG” Las Vegasda təşkil ediləcək “istehlak elektroniği sərgisində” Türkiyəni təmsil edəcək

Türkiyənin Avtomobil Təşəbbüs Qrupu(TOGG) sosial media hesabından paylaşdığı açıqlamada Türkiyənin yerli və milli elektrikli avtomobili TOGG-nin Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçiriləcək “İstehlak Elektroniği” (CES 2022) Sərgisində nümayiş etdiriləcəyi bildirilib. Yerli avtomobilin nümayiş etdiriləcəyi yarmaka 5-8 yanvar 2022-ci il tarixlərində Las-Veqasda keçiriləcək.

“Sabah”: Türkiyədən keçən Orta Dəhlizə tələbat artır

 Epidemiya zamanı tədarük zəncirindəki disbalans səbəbindən yükdaşıma qiymətləri artdı, konteyner çatışmazlığı ortaya çıxdı. Qərb-Şərq xəttində ticarətdə alternativ yollar axtarılarkən dəmir yolu alternativinə tələbat daha çox artdı. Kəmər və Yol Layihəsinin Çindən Avropaya uzanan Şimal Dəhlizi kifayətsiz qaldı. Bu səbəbdən də sürətlə inkişaf edən və Türkiyədən keçən Orta Dəhlizə tələbat artır. Orta Dəhliz layihəsi ilə əlaqəli yatırılacaq investisiyaların ümumilikdə 8 trilyon dollara çatacağı gözlənilir.

“Star”: Serbiya vətəndaşlarına Türkiyəyə səfər etmələrini tövsiya edib

Serbiyanın turizm nazirinin müavini Dunya Cenic sosial media hesabından paylaşdığı açıqlamada: “Türkiyədə cəmi iki gün qaldım, baxmayaraq türk xalqının nə qədər qonaqpərvər olduğunu gördüm və bu məni çox sevindirdi. vətəndaşlarıma tövsiyəm Türkiyəni ziyarət etsinlər”.



Әlaqәli Xәbәrlәr