Türkiyə mətbuatı, 6 dekabr 2021

Türkiyə mətbuatında ölkə və dünya gündəminə dair dərc olmuş xəbərlər

1743515
Türkiyə mətbuatı, 6 dekabr 2021

“Hürriyet” : Ərdoğan: “Qadınlarımız bu hüquqlara Avropakı həmcinslərindən daha əvvəl qovuşub.

Prezident Rəcəb Tayyib Ərdoğan qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 87-ci ildönümü münasibətilə video-mesaj paylaşıb. Ərdoğan mesajında ​​türkiyədə qadınların bir çox hüquqa Avropadakı həmcinslərindən daha əvvəl qovuşduğuna diqqət çəkib.

“Star”: BMT-dən İstanbul qərarı

 Birləşmiş Millətlər Təşkilatı (BMT) Cenevrədəki qlobal əməliyyat ofislirinin bir neçəsinin İstanbula köçürülməsi qərarına gəlib. İlk olaraq ‘Humanitar Koordinasiya Ofisi’ (OCHA) Türkiyəyə köçürüləcək. Bundan savayı BMT-nin daha 8 kritik qurumunun İstanbulda ofislərinin açılması ilə bağlı işlər aparılır. Xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, qərarı İstanbulun BMT-nin qərargahına çevirilməsi baxımından atılmış mühüm addım olaraq xarekterizə edib.

“Habər türk”: 25 il fasilədən sonra Liviyadan ilk kruiz gəmisi İzmirə gəldi

 25 dən sonra Türkiyə ilə Liviya arasında açılan sərnişin gəmisi reyslərində ilk gəmi İzmirə gələrək Alsancak limanında lövbər salıb. Gəminin göyərtəsində 112 sərnişin olub.

“Yeni Şafak”: COP-un növbəti konfransı Antalyada keçiriləcək

Barselona Konvensiyası Tərəflərinin 22-ci Konfransı (COP 22) 7-10 dekabr tarixlərində Antalyada keçiriləcək. İclasda Aralıq dənizinin çirklənməsi, biomüxtəlifliyin itirilməsi, yadplanetli növlərin mövcudluğu və iqlim dəyişikliyi kimi mövzular müzakirə olunacaq. COP 22 iclasından sonra “Barselona Konvensiya Katibliyi Büro rəhbərliyi vəzifəsini icra edən İtaliyanı Türkiyə əvəz edəcək.

“Sabah” : JATA Avropa qitəsinin göz oxşayan qəsəbələrini müəyyənləşdirib. Siyahıda Türkiyə də var

Yaponiya Səyahət Agentlikləri Assosiasiyası (JATA) Avropanın ən gözəl 30 qəsəbəsini müəyyənləşdirib.Siyahıya Türkiyədən Bursa vilayətinin “Gölyazı” qəsəbəsi də daxil edilib.



Әlaqәli Xәbәrlәr