Türkiyə mətbuatı, 1 dekabr 2021

Türkiyə mətbuatında dünya və ölkə gündəminə dair bu gün əks edənlər

1741091
Türkiyə mətbuatı, 1 dekabr 2021

“Yeni Şafak”: Prezident Ərdoğandan Makrona müraciət

 Prezident Rəcəb Tayyib Ərdoğan TRT-nin canlı yayımında gündəmə dair mövzulara münasibət bildirib. Fransanın sement şirkəti “Lafarge”in terror  təşkilatı  DEAŞ-ı maliyyələşdirdiyini göstərən bir çox dəlil və məhkəmə qərarının olduğuna diqqət çəkən Ərdoğan Fransa Prezidenti Emmanuel Makron ilə bu barədə danışdığını, lakin bundan xəbərsiz kimi rəftar sərgiləyərək ikiüzlü olduqlarını daha bir dəfə göstərdiyini vurğulayıb. 

“Hürriyet”: Ərdoğandan Əliyevə başsağlığı telefonu

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, ölkəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan əsgərlər üçün başsağlığı verib.

“Vatan”: Şentop: “Türkiyənin Fələstin dövlətinə dəstəyi daimidir”

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop paytaxtı Şərqi Qüds olan azad və müstəqil Fələstin Dövləti tezisinə dəsdəklərinin davam etdiyini bildirib.

“Sabah” : Türkiyə iqtisadiyyatı G-20-yə damğasını vurdu

2021-ci ildə Türkiyənin iqtisadi artımı 7,4% olub. Türkiyə cari ilin üçüncü rübunda açıqlanan iqtisadi artım nisbətinə görə  G-20 ölkələri arasında lider mövqeyə çatarkən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında 2-ci sırada iştirak edir.

“Star” : Varank: “Türk Antarktika Elm Bazası ilə əlaqəli işlər davam edir”

Sənaye və texnologiya naziri Mustafa Varank Türkiyənin Antarktika Elm Bazasının yaradılması üçün səylərin intensiv şəkildə davam etdiyini və bazanın ümumi dizaynını tamamladıqlarını bildirib.



Әlaqәli Xәbәrlәr