Türkiyə mətbuatı, 29 noyabr 2021

Türkiyə mətbuatında dünya və ölkə gündəliyinə dair dərc olunmuş xəbərlər

1739933
Türkiyə  mətbuatı, 29 noyabr 2021

“Hürriyet”: Ərdoğan: "Terrorla mübarizədə beynəlxalq əməkdaşlıq vacibdir”

Terrorla mübarizədə regional və beynəlxalq əməkdaşlığın həyati əhəmiyyətini vurğulayan prezident Ərdoğan “Terror təşkilatları arasında heç bir fərq qoymadan mübarizəmizi davam etdirməliyik” deyib. Bölgəmiz PKK, YPG, Fətullahçı Terror Təşkilatı (FETÖ), DEAŞ kimi qanlı terror təşkilatlarından təmizləndikcə sülh, sabitlik və iqtisadi inkişaf daha da sürətlənəcək”, - deyə Ərdoğan bildirib.

"Yeni Şafak": Ərdoğandan dost və qardaş ölkələrə Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) ilə bağlı çağırış

Prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısındakı çıxışında Kıbrıs məsələsində Kıbrıs Türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun tanınmasının həllin açarı olduğunu deyib. “Bütün dost və qardaş ölkələrin Şimali Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) həll baxışını heç bir qərəz olmadan qiymətləndirməsini istəyirəm”, - Ərdoğan bildirib.

"Star": Şimali Kıbrıs Türk Cümhuriyyəti dəstək bəyanatlarına görə təşəkkür etdi

Şimali Kıbrıs Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar “Cenevrədə ilk dəfə danışıqlar masasına qoyduğumuz suveren bərabərliyə əsaslanan, iki ayrı dövlətə əsaslanan həll təklifimiz hələ də gündəmdədir. Prezident Rəcəb Tayyib Ərdoğanın Türkmənistandakı İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısındakı çıxışında 'Bütün dost və qardaş ölkələrə KKTC-nin həll vizyonunu qərəzsiz dəyərləndirin' çağırışı bizə güc verdi" deyib.

“Haber Türk”: İran: Türkiyə ilə əlaqələri müxtəlif istiqamətlərdə inkişaf etdirmək qərara alındı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan özünün "Twitter" hesabından verdiyi açıqlamada Prezident Ərdoğan ilə iranlı həmkarı İbrahim Rəisi arasında Türkmənistanda keçirilən görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi qərarının alındığını bildirib.

"Sabah": Türkiyə İdlibdə yeni şəhər qurdu

Suriyada çadırlarda qalan yüz minlərlə mülki vətəndaşın köməyinə gələn Türkiyənin Qızıl Aypara Cəmiyyəti briket evlərdən ibarət yeni bir şəhər qurdu. Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık "Türkiyə Avropaya köçün qarşısını alır" deyib.



Әlaqәli Xәbәrlәr