Türkiyə mətbuatı, 25 noyabr 2021

Türkiyə mətbuatında dünya və ölkədə cərəyan edən proseslərə dair xəbərlər

1738343
Türkiyə mətbuatı, 25 noyabr 2021

“Hürriyət”: BƏƏ-dən Türkiyəyə diqqətləri cəlb edən səfər

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd İbn Zayed Əl Nəhyan ilə görüşüb. Görüşdən sonra Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında birbaşa investisiyaları əhatə edən 9 müqavilə imzalanıb.

“Yeni Şafak”: F-16-lar üçün milliləşdirilmiş podun kütləvi istehsalına başlanılıb

Türkiyə müdafiə sənayesi nəzdində milliləşdirilən F-16 döyüş sursatı təlim podunun seriya istehsalına başlanır. Potun ixrac edilməsi üçün dost və müttəfiq ölkələrlə danışıqlar aparılır.

“Haber türk” : Dekabrın sonunda Türksat 5B peyki orbitə buraxılacaq

Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu bu barədə məlumat yayıb. O bildirib ki, Türksat 5B peykinin dekabrın sonunda ABŞ-ın Florida ştatındakı Cape Canaveral bazasından Falcon 9 tipli raketlə orbitə buraxılması planlaşdırılır.

“Star”: Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Əfqanıstanda yetimlərin üzünə təbəssüm saldı

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Əfqanıstanın paytaxtı Kabildəki Alaaddin Qız Uşaq Evinə qida və təmizlik ləvazimatları çatdırıb. Uşaq Evinin Yataqxanaları üzrə direktör müavini Əzizə Əzizi yardımlara görə “TİKA”-ya minnətdarlığını bildirib.

“Sabah”: Türkiyənin qızılbalıq ixracında ardıcıl rekordlar vurulur

Türkiyə Qızılbalığı İşçi Qrupunun rəhbəri Osman Parlak bu barədə məlumat yayıb. O qeyd edib ki, pandemiyaya baxmayaraq, cari ilin ilk 10 ayında 18 ölkəyə ümumilikdə 120 milyon 946 min 674 dollarlıq qızılbalıq ixrac edilib. Parlakın sözlərinə görə ixracın 80%-i Rusiyaya reallaşdırılıb.



Әlaqәli Xәbәrlәr