Türkiyə mətbuatı, 22 noyabr 2021

Türkiyə mətbuatında dünya və ölkə gündəminə dair dərc olunmuş xəbərlər

1736706
Türkiyə mətbuatı, 22 noyabr 2021

"Star": Türkiyə Dendiaya reaksiya göstərdi

Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın Türkiyə ilə bağlı açıqlamasına reaksiya verib. Bilgiç "Türkiyənin öz bölgəsində və yaxın ətrafında sülh və sabitliyin təmin edilməsində oynadığı açar rolunu həzm edə bilməyən Yunanıstanın Türkiyə ilə bütün mövzularda rəqabət aparmağa cəhd etməsi, əməkdaşlıq yerinə gərginliyə üstünlük verməsi və Türkiyə əleyhinə süni ittifaqlar yaratmağa çalışması bihudə səylərdir" ifadələrdən istifadə etmişdir.

"Habertürk": Liviyada 2 ildir saxlanılan 7 Türkiyə vətəndaşı Türkiyədədir

Liviyanın şərqində əsassız iddialarla təxminən 2 ildir saxlanılan 7 Türkiyə vətəndaşı Milli Kəşfiyyat Təşkilatının Qətər Kəşfiyyat İdarəsi ilə birgə həyata keçirdiyi işlər nəticəsində Türkiyəyə qaytarıldı. Prezident Rəcəb Tayyib Ərdoğan vətənə döndükdən sonra vətəndaşlarla telefonla danışdı və onlara xoş arzularını çatdırdı.

"Sabah": Türk mühəndisləri inkişaf etdirdi, dünyada başqa nümunəsi yoxdur

Türkiyə müdafiə sənayesində, xüsusilə PUA (Pilotsuz uçuş aparatı) və SİHA (Silahlı pilotsuz uçuş aparatı) texnologiyalarında dünyaya nümunədir. Türkiyənin PUA-ların sınaqları üçün hazırladığı sistem hazırda dünyada bir nömrədir. Cənubi Koreya ABŞ-dan aldığı PUA-ların sınaqlarının Türkiyədə keçirilməsini istəyir.

"Yeni Şafak": "Türkali-2"-də rekord səviyyə

Sakarya vilayəti ərazilərində yerləşən qaz sahəsindəki "Türkali-2" quyusunda aparılan qaz axışı sınağında gündəlik 650 min kubmetrlə rekord səviyyəyə çatıldı.

"Hürriyet": 750 min turist 650 nəhəng gəmi ilə Kuşadasına gələcək

Türkiyənin əhəmiyyətli turizm mərkəzlərindən biri olan Aydın vilyətinin Kuşadası qəsəbəsinə 2022-ci ildə gəlmək üçün 650 kruiz gəmisi ilə 750 min turist rezervasiya edib.



Әlaqәli Xәbәrlәr