Türkiyə mətbuatı,15 noyabr 2021

Türkiyə mətbuatında ölkə və dünya gündəminə dair dərc olmuş xəbərlər

1733816
Türkiyə mətbuatı,15 noyabr 2021

“Star”: Ərdoğan: “Dünyanın ilklərindən”

Prezident Rəcəb Tayyıb Ərdoğan Çanaqqala Troya Muzeyində keçirilən “Ezineli Yəhya Çavuş” sənədli filminin qala gecəsində gənclərlə görüşüb. prezident Rəcəb Tayyib Ərdoğan  tədbirdəki çıxışında yeni salınan “1915-ci il Çanaqqala körpüsü”nün bir tərəfinin Asiya, digər tərəfinin Avropa olduğuna diqqət çəkib. Körpü ilə bu iki qitənin birləşdiyini və bunun dünanın ilklərindən olduğunu vurğulayıb.

“Vatan”: Xarici İşlər Nazirliyi: “Axısqa türklərinə lazımi dəstəyi verməkdə davam edəcəyik”

Türkiyənin Xarici İşlər Nazirliyi  Axısqa türklərinin vətənlərindən sürgün edilməsinin 77-ci ildönümü münasibəti açıqlama verib. Nazirliyin  bəyanatında: “İndiyə qədər etdiyimiz kimi Axısqa türklərinin vətənlərinə qayıtma prosesini yaxından izləməyə davam edəcəyik və soydaşlarımıza lazımi dəstəyi verməkdə imtina etməyəcəyik”.

“Yeni Şafak”: Karaismailoğlu müjdə verdi: “İlk milli və elektrik enerjisi ilə işləyən qatar istehsalı başlayır”

Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu bildirib ki, Dizayn sürəti saatda 176 kilometr və işləmə sürəti 160 kilometr olacaq ilk milli və yerli elektrik enerjisi ilə  işləyən qatarının istehsalına dair  işlər tamamlanıb. Qatarlarlar qısa müddətdə  vətəndaşların  istifadəsinə veriləcək.

“Hürriyet”: Kadri Samsunlu: “Avropanın ən dözümlü hava limanıyıq”

 İstanbul Hava Limanı operatoru İGA-nın İdarə Heyətinin sədri və baş meneceri Kadri Samsunlu İstanbul Hava Limanının Avropanın ən dayanıqlı hava limanı olduğunu, 2020-ci ildə avrozonadakı  hava  limanları arasında ilk sırada qərarlaşdığını,  2021-ci ildə də  birinci  olacağını  qeyd edib.

“Sabah”: Dünya çempionatının təhlükəsizliyi Türkiyə polisinə həvalə olunub" 21 noyabr-18 dekabr 2022-ci il tarixləri  arasında Qətərdə keçiriləcək Dünya Futbol Çempionatının təhlükəsizliyini Türkiyə polisi təmin edəcək.

 



Әlaqәli Xәbәrlәr