Türkiyə mətbuatı, 27 oktyabr 2021

Yerli mətbuatda gündəmə dair əks edən xəbərlərin xülasəsi.

1725624
Türkiyə mətbuatı, 27 oktyabr 2021

"Star": Qarabağda tarixi gün

Prezident Rəcəb Tayyib Ərdoğan Qarabağın dünyaya açılan qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səər etdi. Ərdoğan Füzuli Beynəlxalq Hava Limanına enən ilk lider oldu.

“Yeni Şafak”: Prezident Ərdoğan Qarabağda Ermənistanla normallaşma şərtini açıqladı

Prezident Ərdoğan Türkiyənin bölgədə davamlı sülhün əldə olunmasının tərəfdarı olduğunu bildirərək, “Qardaş Azərbaycana bütün imkanlarımızla dəstəyimizi davam etdirəcəyik” dedi. Ərdoğan bəyan etdi ki, Ermənistan Azərbaycanla problemlərini həll etmək üçün səmimi iradə nümayiş etdirməlidir və bu halda Türkiyə və Ermənistanın normallaşmasına heç bir maneə olmayacaq.

"Habertürk": İraq və Suriyaya hərbi qüvvə göndərilməsi ilə bağlı qərar TBMM-də qəbul edildi

Türkiyə Silahlı Qüvvələrinin lazım gəldikdə sərhəddən kənarda əməliyyat və müdaxilə etmək üçün İraq və Suriyaya göndərilməsi ilə bağlı Prezidentə verilən səlahiyyətin 2 il müddətinə uzadılması təklifi Türkiyə Böyük Millət Məclisi Baş Assambleyasında qəbul edildi.

"Sabah": "UÇBEY" ilk dəfə səhər istifadə edildi

Mardin vilayətinin Artukluqəsəbəsinin çöl ərazisində zərərsizləşdirilən 2 terrorçu Polis Müdirliyi tərəfindən istehsal olunan və ilk dəfə sahədə  istifadə olunan "UÇBEY" adlı yerli və milli "VTOL" (Şaquli eniş və qalxış) PUA ilə anında havadan görüntülərin quru qruplarına ötürülməsi ilə zərərsizləşdirildi.

"Vatan": Milli elektrikli qatar üçün tarix verildi

Fabrik sınaqları başa çatan milli elektrik qatarının gələn il relslərdə olması gözlənilir. Saatda 160 kilometr sürətə uyğun milli elektrik qatar dəstlərindən 3-ü gələn il TCDD Nəqliyyat AŞ-yə təhvil veriləcək.



Әlaqәli Xәbәrlәr