Türkiyə mətbuatı, 26 oktyabr 2021

Türkiyə mətbuatında ölkə və dünya gündəminə dair dərc olunmuş xəbərlərin xülasəsi.

1724956
Türkiyə mətbuatı, 26 oktyabr 2021

“Sabah”: Ərdoğan: “Müstəmləkəçiləri narahat etməyə davam edəcəyik” Prezident Rəcəb Tayyib Ərdoğan, Afrika ölkələrinə reallaşdırdığı 4 günlük səfər ilə  əlaqəli  jurnalistlərə açıqlamasında 21-ci əsrdə Afrikanın əhəmiyyətinin daha  da artacağına  diqət çəkib. Afrikanın hər yerində müstəmləkəçilərin izlərinin müşahidə olunduğunu qeyd edib. Türkiyənin qitəni ortaq bazar deyil, tərəfdaş kimi gördüyünü və bu yanaşma ilə əməkdaşlıq körpülərini salaraq kolonistləri narahat etməyə davam edəcəyini vurğulayıb.  

“Haber Türk”: Səfirlər Türkiyənin sərgilədiyi sərt mövqe qarşısında geri addım atmaq məcburiyyətində  qaldılar.

Prezident Ərdoğan, 10 ölkənin  Ankaradakı səfirlərinin Osman Kavalanın azadlığa buraxılması tələbindən sonra  bu ölkələrin səfirlərinin “persona non qrata” elan edilməsi ilə bağlı göstəriş verdi. Prezidentin bu təlimatından  dərhal sonra  Amerika Birləşmiş Ştatları(ABŞ)  başda olmaqla digər ölkələrin səfirləri Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə əməl etdiklərini bəyan edərək  təkliflərindən geri  addım atdılar.

“Hürriyət”: Ərdoğan: “Ölkəmizdəki  xarici səfirlərin daha diqqətli olacaqlarına inamım tamdır”

Prezident Ərdoğan 10 səfirin Osman Kavala ilə əlaqəli tələblərindən geri addım atmalarına münasibət bildirib. Prezident: “Məqsədimiz böhran yaratmaq deyil, Türkiyənin namusunu,qürurunu və ləyaqətini qorumaqdır. Səfirliklər açıqlamaları ilə səhvlərinin idrakında olduqlarını göstərdilər. İnanıram ki, bu səfirlər daha diqqətli olacaqlar.

“Vatan”: Ömər Çelik: “Dövlətimizin suverenlik hüquqlarına olan həssaslığımız müzakirə mövzusu deyil”

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik, səfirliklərin Osman Kavalanın azadlığa buraxılması ili əlaqəli tələblərindən geri addım atmalarından sonra verdiyi açıqlamada: “Bizim dövlətimizin daxili işlərinə və suverenlik hüquqlarına qarışma mənasına gələn heç bir bəyanatı qəbul etmədik və  etməyəcəyik. Prezidentimiz dövlətimizin başçısı olaraq bu mövqeyi ən aydın və ən güclü şəkildə nümayiş etdirdi”.

“Yeni Şafak”: PKK-nın gizlədiyi deşiklərin məhv edilməsində Türkiyənin PUA-larından istifadə edilir.

ABŞ və Rusiyanın təxliyyə  edəcəyi barədə söz verdiyi, lakin separatçı terror təşkilatı PKK-nın işğalının davam etdiyi Suriyanın şimalında bölgələrindən Türkiyəyə hücumlarından sonra prezident Ərdoğanın əməliyyatdan söz aparması ilə hava hərəkəti müşahidə  olunur. Türkiyənin pilotsuz uçan aparatları Fərat çayının şərqində PKK-nın nəzarətində olan Qamışlı və Ayn əl-Ərəb üzərində intensiv şəkildə fəaliyyət göstərir.



Әlaqәli Xәbәrlәr