Türkiyə mətbuatı, 21 oktyabr 2021

Türkiyə mətbuatında ölkə və dünya gündəminə dair əks edən xəbərlər

1722749
Türkiyə mətbuatı, 21 oktyabr 2021

“Vatan”: Prezident Ərdoğan dünyaya elan etdi: “Nigeriya ilə əməkdaşlığımızı gücləndiririk”

Prezident Rəcəb Tayyib Ərdoğan, Nigeriya Prezidenti Muhammed Buxari ilə birgə mətbuat konfransında, Türkiyə-Nigeriya əlaqələrinə yenidən baxıldığına diqqət çikib və bu ölkə ilə hərbi müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın irəli pillələrə qaldırılması mövzusunda qərara gəldiklərini vurğulayıb.

“Yeni Şafak”: Türkiyənin silahlı qüvvələri (TSQ) və milli kəşfiyyat (MİT) qüvvəlirindən PKK-ya sərt zərbə

Türkiyə Silahlı Qüvvələri ilə Milli Kəşfiyyat Təşkilatının 8 oktyabrda İraqın şimalında həyata keçirdiyi birgə əməliyyat zamanı terror təşkilatı PKK-nın dırnaq arası qadın lideri olaraq bilinən “Taybet Bilən” Mahmur düşərgəsinə gedərkən öldürülüb.

“Sabah”: Vitse-prezident Fuat Oktaydan inflyasiya mesajı

Vitse-prezident Fuat Oktay, "Pul və maliyyə siyasətimizi, finans siyasətlərimiz və məhsuldarlıq artımımızla dəstəkləyərək, inflyasiya nisbətini 10 faizin altına endirmək əzmindəyik deyib.

“Hürriyet”: Türkiyənin ümumdünya ixrac həcmindən aldığı pay 1%-ə yüksəlib

Ticarət Naziri Mehmet Muş, Respublika tarixində ilk dəfə Türkiyənin dünya ixracatında payının 1%-i ötdüyünü bildirdi.

“Star”: Türkiyə gözəl ölkədir

Antalyada bir araya gələn 3-ü rus və 1-i ukraynalı olmaqla 4 dost 25 gün ərzində Likya yolunu yericəcək. Təbiətsevərlər ilk dəfə gəldikləri Türkiyədəki Likya yolunun tarixi və təbii gözəlliklərə malik olduğunu bildiriblər. Onlardan Mixail Çernyavski verdiyi açıqlamasında: “Hər yer tarix və tarixi abidələr ilə dolu olsa da bəzi bölgələrdə bu tarixi zənginlik, onun bəxş etdiyi gözəlliklər göz oxşayır. Türkiyə möhtəşəm ölkədir. İnsanlar qonaqpərvərdir. Bu səmimi qonaqpərvərliyi ölkənin bütün ərazilərinhdə görmək mümkündür”.



Әlaqәli Xәbәrlәr