Türkiyə mətbuatı, 19 oktyabr 2021

Türkiyə mətbuatında ölkə və dünya gündəminə dair dərc olmuş bəzi xəbərlərin xülasəsi

1721490
Türkiyə mətbuatı, 19 oktyabr 2021

“Vatan”: Ərdoğan Anqolada elan etdi

Prezident Rəcəb Tayyib Ərdoğan, Anqola Prezidenti Manuel Qonçalves Lourenço ilə keçirdiyi mətbuat konfransında, Anqolanın daha əvvəl  Türkiyədən  pilotsuz   uçuş  aparatlar (İHA) ilə,   silahlı  pilotsuz  uçuuş  aparatlar (SİHA) tələb  etdiyini, indi  isə  gündəliyində  zirehli gəmilər  olduğunu,  bu  mövzu  ilə  əlaqəli   danışıqlar  apardıqlarını  bildirib. 

“Hürriyet”: Prezident Ərdoğan Anqola Parlamentində çıxış etdi

 Prezident Rəcəb Tayyib Ərdoğan  səfərdə  olduğu Anqola Parlamentinin Baş Məclisində çıxış edib. Prezident  Ərdoğan  çıxışında  İnsanlığın taleyinin İkinci Dünya Müharibəsini qazanan bir neçə ölkənin  insaf və  mərhəmətinə buraxıla bilməyəcəyini  belə  bir  şeyin  olmamasının   lazım  gəldiyini   vurğulayıb. 

“Sabah”:  Türkiyənin  koronavirus   əleyhinə   istehsal  etdiyi  “Turkovac”  peyvəndin istifadəsinə başlandı.

Kayseri Ərciyes Universitetində hazırlanan yerli və milli peyvənd Turkovac, iki doza peyvəd  qəbul  etmiş  olaralara xatırlatma dozası olaraq  tətbiq  edilməyə   başlanıb. Turkovac peyvəndi Kayseridə üçüncü doza olaraq ilk dəfə bir könüllüyə vurulub.

“Haber Türk”:  2021-ci  ilin  il 10  ayında Antalyaya gələn turist sayı 8 milyonu keçdi

Bu il Antalyaya gələn turist sayı 8 milyon 38 min 761-ə  çatıb. Rəsmi  məlumatlara   görə  yanvar ayından etibarən Antalyaya hava yolu ilə gedən turistlərin sayı 2020-ci  ilin müvafiq  dövrünə müqayisədə 162% artıb.

Star”: Türkiyənin dəstəyini sevinclə qarşıladı

Türk Əməkdaşlığı və Koordinasiya Agentliyi (TİKA), Qırğızıstandakı Milli Kino Stüdyosunun arxivindəki filmlərinin rəqəmsal mühitə çökürülməsi layihəsinə dəstək verib. Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər  siyasəti  üzrə  naziri Azamat Camankulov açıqlamasında  layihənin   əhəmiyyətinə    diqqət çəkib  və  layihə  nəticəsində  qədim filmlərin keyfiyyətli şəkildə insanlara  təqdim ediləcəyini vurğulayıb. 



Әlaqәli Xәbәrlәr