Türkiyə mətbuatı,18 oktyabr 2021

Türkiyə mətbuatında  ölkə  və  dünya gündəminə dair dərc olunmuş xəbərlərin xülasəsi.

1720910
Türkiyə mətbuatı,18 oktyabr 2021

“Star”: Türkiyənin F-35-lər üçün ödədiyi pul ilə əlaqəli ABŞ-dan yeni təklif

 Prezident Rəcəb Tayyib Ərdoğan, Anqolanın paytaxtı Luandaya getməzdən mətbuata verdiyi açıqlamada Amerika Birləşmiş Ştatlarından F-16 təyyarələr  satın  alabiləcəklərini,  ABŞ-ın  F-35-lər  ilə   bağlı  daha əvvəl reallaşdırılan  ödəniş  qarşılığında belə  bir  təklifinin də olduğunu qeyd  edib. 

“Yeni Şafak”: Türkiyədə bir ilkə  imza  atılır: “65 yaşdan yuxarı insanlar üçün xüsusi təcili xidmət yaradılacaq"

 Təcili Tibbi Mütəxəssislər Dərnəyi (ATUDER) tərəfindən hazırlanan və Avropa İttifaqı  (Aİ) tərəfindən qəbul edilən layihə çərçivəsində Türkiyədə 65 yaşdan yuxarı vətəndaşlar üçün təcili xidmət müəssisələri qurulacaq. “ATUDER”-in prezidenti professor Doktor Basar Cander, Dünyada belə bir tətbiqin  olmadığını,  bunun  ilkin Türkiyədə  həyata  keçiriləcəyini bildirib.

“Hürriyet”: Avropada sürücüyə  olan  ehtiyacı  təmin  edəbilərik

 Türkiyə və Beynəlxalq Yük maşını Sürücüləri Dərnəyinin (UTSYD) rəhbəri  Sədat Kaplan, Türkiyənin   Avropada  sürücüyə  olan ehtiyacı  qarşılayabiləcəyini,  ölkənin  belə  bir  potensiala   sahib  olduğunu, tələbatı etibarlı və bacarıqlı türk sürücülərlə qarşılamağa çalışdıqlarını qeyd  edib. 

“Habertürk”: təzə meyvə və tərəvəz ixracında  rekord  artım

Türkiyə ilin ilk  9 ayında 2 milyard 15 milyon dollarlıq təzə meyvə və tərəvəz ixrac   edib.  Bunun  31% -i,   yəni  627 milyon 442 min dollarlıq  hissəsi  Rusiyaya  reallaşdırılıb.

“Səhər”:  THY uçuş qrupları günəşdən qoruyucu məlhəmlə həyat xilas edir

Türk Hava Yolları (THY), heyəti və pilotlar  arasında  yaradılan 'Yaxşılıq Dostları'  qrupu  Seneqalın paytaxtı Dakarda günəş  işığından  təsirlənən albinolu uşaqlara yaralarından  xilas olmaları  üçün günəşdən qoruyucu  məlhəmlər  çatdırıblar. 



Әlaqәli Xәbәrlәr