Türkiyə mətbuatı,13 oktyabr 2021

Türkiyə  mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi

1718773
Türkiyə mətbuatı,13 oktyabr 2021

“Haber Türk”: Prezident Ərdoğan G20 ölkələrinin Fövqəladə Liderlər  sammitində çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Əfqanıstanla bağlı baş  tutan  G20-nin Fövqəladə  sammitində etdiyi çıxışında: “Beynəlxalq ictimaiyyət Əfqanıstan xalqının problemlərinə biganə  qalmamalı  və bu ölkəni  öz  taleyi  ilə  birbaşa qoymamalı, Əfqanıstan  ilə dialoq davam  etdirilməli və  Taliban   ölkədəki    bütün qrupların təmsil olunacağı bir  hökumət yaradmağa istiqamətləndirilməlidir”.  

“Yeni Şafak”: Xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstan məsələsinə toxunub

Xarici işlər naziri Mövlud Çavuşoğlu, Talibanın nəzarətində olan Əfqanıstandakı  son  vəziyyətə   dair  açıqlama   verib. Türkiyənin ölkədə  cərəyan  edən  prosesləri yaxından  izlədiyinə  diqqət  çəkib. Bəzi  ölkələrin   xarici işlər nazirləri ilə birlikdə paytaxt Kabilə getməyi planlaşdırdıqlarını qeyd  edib.

“Hürriyet”: TBMM sədri Mustafa Şəntopdan İspaniyaya təşəkkür və təbrik məktubu

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop, İspaniya Nümayəndələr Palatasının sədri Meritxell Batetə və ölkə  Senatının rəhbəri Ander Gil Qarsiyaya ayrı-ayrılıqda  məktub  ünvanlayıb. Şəntop məktubunda 19-21 sentyabr 2021-ci ildə İspaniyaya səfəri zamanı özü və nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını   bildirib.

“Vatan”: Sənaye istehsal rəqəmləri açıqlanıb

Türkiyə  Dövlət Statistika  Komitəsinin  dünən açıqladığı  hesabatına  görə  sənaye istehsalı indeksi avqust ayında aylıq 5,4%, illik isə 13,8% artıb.

“Star”: BVF Türkiyənin iqtisadi artım proqnozunu açıqlayıb

 Beynəlxalq Valyuta Fondu (BVF), Türkiyə iqtisadiyyatının 2021 -ci il üçün artım proqnozunu 5,8%-dən 9 faizə yüksəldib. 2022-ci il üçün  isə  3,3%   olan  artım  proqnozunu  dəyişdirməyib.  



Әlaqәli Xәbәrlәr