Türkiyə mətbuatı, 11 oktyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbələrin xülasəsi.

1717532
Türkiyə mətbuatı, 11 oktyabr 2021

"Vatan": Türkiyə yaşıl inkişaf inqilabına start verdi

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Paris İqlim sazişini təsdiqləyərək yaşıl inkişaf inqilabına başladığını söylədi. "Digər məsələlərdə olduğu kimi, yaşıl inkişaf inqilabında da gənclərimizdən ən böyük dəstəyi alırıq" deyən dövlət başçısı Ərdoğan "Türkiyənin yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı güclü sağlamlıq infrastrukturu sayəsində özünü digər ölkələrdən fərqləndirdiyi kimi, yaşıl inkişaf inqilabı ilə də iqlim dəyişikliyi prosesində eyni müvəffəqiyyəti əldə edəcəyik" dedi. 

"Yeni Şafak": Ərdoğan Afrikaya səfərə gedir

Afrika liderləri ilə diplomatik fəallığını artıran Prezident Ərdoğan Afrikaya səfərə gedir. 17 oktyabrda başlayıp 4 gün davam edəcək Ərdoğanın səfəri Anqola, Nigeriya və Toqonu əhatə edir. Üçüncü Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsi 17-18 dekabr tarixlərində İstanbulda keçiriləcək.

"Hürriyet": Yəməndə bomba hücumu ilə əlaqədar Türkiyə açıqlama yaydı

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, "Dərin kədərlə öyrənildi ki, Yəmənin Ədən əyalətində şəhər rəhbəri Əhməd Hamed Lamlasın konvoyuna minalanmış maşınla edilən hücum nəticəsində ölənlər və çoxlu sayda yaralılar var" ifadəsi yer alıb.

Açıqlamada "Bu mənfur hücumu qınayırıq və həyatını itirənlərə Allahdan rəhmət, yaralıların tezliklə sağalmasını diləyirik, dost və qardaş Yəmən xalqına və hökumətinə başsağlığı veririk" deyilib.

"Sabah": Mədən sənayesindən ixrac rekordu

Dünyada istehsal olunan 90 mineral növündən 80-nə sahib olan, 650 növ mərmər və 150 ​​fərqli təbii daşlara ev sahibliyi edən Türkiyə mədənçilik sektorunda ixrac rekordu qırmağa davam edir. Mədənçilik sənayesi yalnız sentyabr ayında 584,3 milyon dollar ixrac reallaşdırdı. Belə ki, ixracdakı dəyər artımı bir əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,1 faiz artım oldu.

"Haber Türk": "Formula 1 Türkiyə Qran Prisi nəfəs kəsdi

Oktyabrın 10-da Formula 1 Türkiyə Qran-Prisinin qalibi müəyyənləşib.

“İstanbul-Park” avtodromunda təşkil olunan mövsümün 16-cı yarışında “Mercedes”in pilotu Valtteri Bottas birinci olub. İlk üçlüyü “Red Bull Racing”in pilotları Maks Ferstappen və Serxio Peres tamamlayıblar.

V.Bottas mövsümdə birinci, karyerasında isə onuncu qələbəsini qazanıb. 

Beləliklə, Formula 1 üzrə dünya çempionatının Avropa mərhələsinə yekun vurulub. Kuboku yarışı birinci sırada tamamlayan "Mercedes"in pilotu Valtteri Bottasa Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop təqdim etdi.



Әlaqәli Xәbәrlәr