Türkiyə mətbuatı, 8 oktyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbələrin xülasəsi.

1716612
Türkiyə mətbuatı, 8 oktyabr 2021

"Haber Türk": Türkiyə İsraili qınadı
Xarici İşlər Nazirliyi İsraildə bir məhkəmənin yəhudilərin Məscidül-Əqsada "səssizcə" namaz qılmaq hüququna malik olduğunu iddia etdiyi qərarı şiddətlə qınadı. Sözügedən qərarın Məscidül-Əqsadakı status-kvonu pozmağa və yeni gərginliyə səbəb olan fanatik dairələri daha da təşviq edəcəyi narahatlıq doğuran bir ehtimal olduğu bildirildi.

Nazirliyin açıqlamasında beynəlxalq ictimaiyyətə çağırış edilərək, “Beynəlxalq ictimaiyyəti bu yanlış, qanunsuz və təhlükəli qərara və Məscidül-Əqsaya qarşı bütün təxribatlara şiddətlə qarşı çıxmağa çağırırıq" deyildi.

"Hürriyet": İngiltərə Türkiyədə "BionTech" peyvəndi vurulanları ev karantinində saxlamaq qərarını ləğv etdi

İngiltərə Türkiyə də daxil olmaqla 37 ölkədən gələnləri yeni növ koronavirusa (Covid-19) qarşı tam peyvənd edilmiş sərnişinləri qəbul edəcəyini açıqladı. Buna görə İngiltərənin təsdiqlədiyi "Covid-19" peyvəndini Türkiyədə vurduranlar da 10 günlük ev karantinindən azad ediləcəklər. Tam aşılanmış hesab olunmaq üçün İngiltərəyə səyahət etməzdən əvvəl "Oxford/AstraZeneca",  "Pfizer-BioNTech", "Moderna" və "Janssen" peyvəndlərindən ikiqat doza vurulmuş olmaq lazımdır.

"Yeni Şafak": "Turkovac"a üçüncü doza icazəsi verildi

Türkiyə Dərman və Tibbi Cihazlar Agentliyi (TİTCK) yerli peyvənd "Turkovac"ın gücləndirici doza (xatırlatma peyvəndi) olaraq istifadəsini təsdiqlədi. 2 doza "Sinovac" peyvəndi vurduranlara dünən üçüncü doza olaraq "Turkovac" tətbiq edilməyə başlandı. 3-cü dozanın tətbiqi hazırkı üçüncü mərhələnin tədqiqatı ilə birgə həyata keçiriləcək.

"Star": Türkiyədən dost ölkəyə böyük sərmayə

Qazaxıstan cari ilin ilk yarısında ölkəyə birbaşa xarici investisiyaların nisbətini açıqladı. Türkiyənin ABŞ və İsveçrədən sonra Qazaxıstana sərmayələrini ən çox artıran üçüncü ölkə olduğu bildirildi.

"Sabah": Hugo Boss Türkiyədə istehsalını artıracaq

"Covid-19" epidemiyasından sonra Qərb şirkətlərinin əvəzedilməz təchizatçısına çevrilən Türkiyə dünya nəhənglərindən aldığı investisiyalarla diqqət çəkməyə başladı. Ən son investisiya xəbərləri Almaniyanın moda nəhəngi Hugo Bossdan gəldi. Hugo Boss gələn il Türkiyədə məşğulluğunu min nəfər artıracaq.



Әlaqәli Xәbәrlәr