Türkiyə mətbuatı, 29 sentyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbələrin xülasəsi.

1712083
Türkiyə mətbuatı, 29 sentyabr 2021

"Hürriyet": Prezident Ərdoğandan "TURKOVAC" mesajı: "Kütləvi istehsala başlayacağıq"

Prezident Rəcəb Tayyib Ərdoğan Qlobal "Covid-19" Zirvəsinə göndərdiyi video mesajında "Geniş yayılmış milli peyvəndlənmə proqramımızla 18 yaşdan yuxarı əhalimizdə ikinci doza peyvəndlənmə nisbətində 70 faiz hədəfinə çox yaxınlaşdıq. Əlavə olaraq, "TURKOVAC" və digər milli peyvənd namizədlərimizi yaxın zamanda kütləvi istehsal edərək bütün insanlığın xidmətinə təqdim etməyi hədəfləyirik" dedi.

"Habertürk": Prezident Ərdoğan və Bayden Romada görüşəcək

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə İtaliyanın paytaxtı Romada keçiriləcək G-20 sammiti zamanı görüşəcək.
Görüşdə ikitərəfli əlaqələrlə yanaşı Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemləri və F-35 döyüş təyyərələri mövzusundakı addımların müzakirəsi gözlənilir. Digər gündəm maddəsinin isə Əfqanıstandakı son vəziyyətin olacağı nəzərdə tututur.

"Yeni Şafak": Dünya silahlarım üçün növbədə gözləyir
ROKETSAN-ın Baş direktoru Murat İkinci Türkiyənin milli imkanlarla istehsal etdiyi məhsulları almaq üçün növbədə gözlədiyini söylədi. M. İkinci “Silahlarımızın sahədəki uğuru ölkələrin marağını artırır. Türkiyənin müdafiə sənayesi bazarında payı böyüyür" dedi.

"Star": Afrikaya Türk imzası! "Nə edə biləcəyimizi gördülər"

Kamerunun iqtisadi paytaxtı Doualada türk podratçılar tərəfindən inşa edilən 'Douala Japoma Stadionu' futbolsevərlər tərəfindən yüksək qiymətləndirilir. FİFA, CAF (Afrika Futbol Konfederasiyası) və kamerunlu səlahiyyətlilərin davamlı olaraq təriflədiklərini ifadə edən inşaat şirkətinin Afrika Layihələri direktoru Tahsin Tufan Sercan "Kamerunlular Türk podratçılarının nələr edə biləcəyini gördülər" dedi. 

"Sabah": "Standard & Poor's"dan Türkiyə ilə əlaqədar yeni artım proqnozu

“Standard & Poor`s” beynəlxalq reytinq agentliyi Türkiyənin 2021-ci il üçün iqtisadi artım proqnozunu 6,1 faizdən 8,6 faizə qaldırdı.



Әlaqәli Xәbәrlәr