Türkiyə mətbuatı, 24 sentyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbələrin xülasəsi

1709970
Türkiyə mətbuatı, 24 sentyabr 2021

"Sabah": Ərdoğanın S-400 və F-35 mesajı: "Lazım gələrsə, başqa yerdən alacağıq"

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-dan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən S-400 və F-35 haqqında açıq mesajlar verib. ABŞ-ın S-400-ləri bəhanə gətirərək F-35-ləri verməməsinin və bunu qəbul etməməsinin qəbuledilməz olduğunu bildirən Ərdoğan "S-400 işi bizim üçün bitdi. Buradan geri addım atmağımız qeyri-mümkündür. (F-35-i) Lazım gələrsə, onu başqa yerdən alıb istehsal etməyə başlaya bilərik" deyib.

"Yeni Şafak": "TÜRKOVACA" peyvəndi barədə şad xəbər

Yeni növ koronavirusa qarşı yerli inaktivləşdirilmiş "TURKOVAC" peyvəndinin 3 -cü mərhələ tədqiqatları başa çatdı. Təxminən 1500 könüllü üzərində sınaqdan keçirilmiş peyvənddə heç bir yan təsir müşahidə edilməmişdir.

"Vatan": Türkiyə rəsmən uğur qazandı! Dünyada bunu az saylı ölkə həyata keçirir

Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş (STM) Türkiyədə ilk dəfə sualtı qayıqların torpedo borularını istehsal etdi və Gölcük Gəmiqayırma Komandanlığına təhvil verdi. STM İş İnkişaf etdirmə müdiri Edip Dəniz "Türkiyədə STM-in koordinasiyası və mühəndisliyi altında tamamilə milliləşdirildi. Dünyada bunu edə biləcək çox az ölkə var və bu layihədə əhəmiyyətli bir kritik astananı keçdik" deyib.

"Hürriyet": Səyahət məhdudiyyətlərindən sonra ilk ingilis turist qrupu lokumla qarşılandı

İngiltərənin nəqliyyat naziri Hon Grant Shappsın Türkiyəni qırmızı siyahıdan çıxardıqlarını və 22 sentyabr tarixindən etibarən səyahət edilə bilən ölkələr sırasına daxil etdiklərini açıqlamasından sonra Muğlanın Dalaman rayonuna gələn 129 nəfərlik ilk İngilis turist qrupu lokumla qarşılandı. 

Star: THY-dən möhtəşəm əməkdaşlıq

Türk Hava Yolları (THY) ilə Finlandiyanın bayraq daşıyanı "Finnair" arasında ortaq uçuş müqaviləsi imzalanıb. Kod paylaşmı müqaviləsi ilə gücləndirilən tərəfdaşlıq sayəsində THY və "Finnair" ilk növbədə başlayacaq İstanbul-Helsinki uçuşuna öz kodlarını əlavə edə biləcəklər.



Әlaqәli Xәbәrlәr