Türkiyə mətbuatı, 23 sentyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbələrin xülasəsi

1709474
Türkiyə mətbuatı, 23 sentyabr 2021

"Yeni Şafak": Ərdoğan: "ABŞ 20 ilin cavabını versin"

Prezident Rəcəb Tayyib Ərdoğan Amerikanın "CBS" televiziyasına müsahibə verib. ABŞ-ın əfqan qaçqınlar mövzusunda daha çox məsuliyyət üzərinə götürməsinin vacibliyini ifadə edən Ərdoğan "ABŞ niyə 20 ildir oradadır, əvvəlcə bu suala cavab verməlidir" deyib.

"Haber Türk": Çavuşoğlunun Əfqanıstan və Arakanla bağlı dünyaya çağırışı

Xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstan mövzulu G20 Xarici İşlər Nazirləri toplantısında "Beynəlxalq birlik Əfqanıstanla əlaqələrini davam etdirməlidir" mesajını verib. Birləşmiş Millətlər Təşkilatının 76-cı Baş Assambleyası çərçivəsində Arakan Müsəlmanlarının vəziyyəti ilə bağlı onlayn toplantıda çıxış edən Çavuşoğlu "Rohinca Müsəlmanlarını heç vaxt taleyinə buraxmayacağıq" deyib.

"Hürriyet": Türkiyə və ABŞ sıx təmasda olacaq

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivan ilə görüşüb. görüşdə ikitərəfli əlaqələr, yeni tip koronavirus (Covid-19) və qlobal iqlim dəyişikliyi, Əfqanıstan, Suriya, İraq, Liviya, Kıbrıs (Kipr), Şərqi Aralıq dənizi və digər regional inkişaflar müzakirə edilib.

"Sabah": KKTC Prezidenti Tatar: "Ərdoğan BMT-də bizim səsimiz oldu"

Şimali Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar Prezident Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının 76-cı Baş Assambleyasında Kıbrısla əlaqədar verdiyi mesajlarla əlaqədar olaraq, "Cənab Prezident Ərdoğan bu mövzuda beynəlxalq ictimaiyyəti çağıraraq səsimiz və gücümüz oldu" deyib. Tatar Kıbrıs məsələsinin həllində bərabər suverenliyin yeganə yol olduğunu ifadə edib.

"Vatan": Bayraktar TB3 SİHA ilk uçuşunu 2022 -ci ildə həyata keçirəcək

Teknofest" İdarə Heyətinin sədri Selçuk Bayraktar qanadları qatlanan və qısa mənzilli eniş-qalxış xüsusiyyətinə malik, minlərlə kilometrə süni peyt nəzarətilə gedə bilən Bayraktar TB3 silahlı uçuş aparatının (SİHA) ilk uçuşunu 2022-ci ildə həyata keçirəcəyini söyləyib. "Dünyanın da üzünü tutduğu pilotsuz döyüş təyyarəmizi də inkişaf etdiririk" deyən Selçuk Bayraktar robotlu pilotsuz uçuş aparatları hazırladıqlarına da diqqət çəkərək, bu layihələri inqilab olaraq xarakterizə edib.



Әlaqәli Xәbәrlәr