Türkiyə mətbuatı, 17 sentyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbələrin xülasəsi

1707051
Türkiyə mətbuatı, 17 sentyabr 2021

“Haber Türk”: Prezident Ərdoğandan əhəmiyyətli mesajyar

Prezident Rəcəb Tayyib Ərdoğan dünənki açıqlamasında, Türkiyənin dünyada iqtisadi artımı ən yüksək olan ölkələr arasına daxil olduğunu bildirib. Prezident : “İxracatda ardıcıl rekordlar qırırıq. Məşğulluq isə epidemiyadan əvvəlki dövrdə olan nisbəti ötüb”.

“Hürriyet”: THY dünyanın ən yaxşıları arasındadır

 Türk Hava Yolları (THY) Travel + Leisure Magazine-in oxucu səsləri ilə keçirdiyi sorğuda dünyanın ən yaxşı 10 hava yolu şirkəti arasında iştirak edib.

“Sabah”: Türkiyənin təzə üzüm ixrac həcmi 22% artıb

 1 yanvar-14 sentyabr dövründə Türkiyənin təzə üzüm ixrac həcmi keçən ilin müvafiq dövrünə müqayisədə 22% artıb. Egey İxracatçı Birliklərindən yayılan məlumata görə 1 Yanvar-14 Sentyabr 2020 tarixlərində təzə üzüm ixracatı 63 milyon dollar olarkən, cari ilin müvafiq dövründə 77 milyon dollara yüksəlib.

“Vatan”: ABŞ-dan Türkiyə ilə əlaqəli açıqlama yayılıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin sözçüsü Ned Price, Türkiyə və Qətərin Kabul hava limanından nizamlı və çarter uçuşları başlatmaq üçün səy göstərdiklərini vurğulayıb.

 “Star”: Türkiyənin Avropa liqası turnirindəki təmsilçilərindən "Qalatasaray" İtaliya “Latsio”sunu qəbul edib. İstanbul təmsilçisi doğma meydanda minimal hesabla qalib gəlib.(1-0)



Әlaqәli Xәbәrlәr