Türkiyə mətbuatı, 09 sentyabr 2021

Türkiyə mətbuatında ölkə və dünya gündəminə dair dərc olmuş xəbərlərin xülasəsi.

1705194
Türkiyə mətbuatı, 09 sentyabr 2021

Yeni Şafak: Misirlə məsləhətləşmə danışıqlarının davam etdirilməsinə dair razılaşma

Türkiyə-Misir Məsləhətləşmələrinin ikinci mərhələsi Ankarada keçirilib. Xarici İşlər Nazirliyi yaydığı açıqlamada iki ölkə nümayəndə heyətlərinin münasibətləri normallaşdırmaq və məsləhətləşmə danışıqlarını davam etdirmək mövzusunda əlavə addımlar atmaqda qərarlı olduqlarını vurğuladıqlarını bildirilib.

“Star”: Qvineyadakı hərbi çevrilişin səbəbi açılım prosesidir

Qvineyadakı son hərbi çevrilişin Fransadan ayrı hesab edilə bilməyəcəyini vurğulayan mütəxəssislər, Fransa kimi Qərb ölkələrdə təhsil almış Qvin zabitlərinin, Prezident Alpha Condenin ölkəni Rusiya və Türkiyəyə yaxınlaşdırmasından narahat olduqlarına diqqət çəkiblər.

“Hürriyet”: Dünyanın ən böyük aerokosmik və texnologiya festivalı TEKNOFEST davam edir

 TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində 1 sentyabrda Tuz Gölüdəki Hisar Atıcılıq Sahəsində başlayan ‘Roket Yarışları’, Roketsan sponsorluğu və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) dəstəyi ilə davam edir. Dünyanın ən böyük aerokosmik və texnologiya festivalında, lisey şagirdləri dizayn etdikləri, inkişaf etdirdikləri və istehsal etdikləri raketlərin atışı ilə dünyanın diqqətini cəlb etməyə çalışırlar.

“Sabah”: Peyvənd hazırlamaq güclü ölkə deməkdir

 Peyvənd hazırlamaq həm maliyyə, həm də elmi resurslar baxımından çətin bir işdir. Koronavirus əleyhinə vaksinləri; Amerika Birləşmiş Ştatları (ABŞ), İngiltərə, Avropa (birgə), Çin, Rusiya və Hindistan kimi ölkələr hazırlayıb. Türkiyə də istehsal etdiyi peyvənd ilə yaxın vaxda güçlü ölkələr arasına daxil olacaq. Yerli koronavirus peyvəndi “Turkovacın” qışdan əvvəl istifadəsi planlaşdırılır.

“Vatan”: TOGG adı ilə bilinən yerli avtomobil 2022 -ci ildə satışa çıxarılacaq

 Sənaye və Texnologiya naziri Mustafa Varank, yerli avtomobil TOGG -nin 2022 -ci ildə yollarda olacağını açıqlayıb. Avtomobil layihəsinə dair işlərin qaydasında davam etdiyini və ilk yerli avtomobili sayəsində Türkiyənin avtomobil sənayesinin yeni liqasına daxil olacağını vurğulayıb.



Әlaqәli Xәbәrlәr