Türkiyə mətbuatı, 27 avqust 2021

Bu günə olan yerli mətbuatda gündəmə dair dərc olmuş xəbərlərin xülasəsi

1698469
Türkiyə mətbuatı, 27 avqust 2021

“Sabah”: “Ərdoğandan tarixi sözləri”

Prezident Rəcəb Tayyib Ərdoğan, dünən Malazgird Zaferinin 950-ci ildönümü münasibəti ilə təşkil edilən mərasimdə etdiyi çıxışında “Böyük və güclü bir Türkiyə uğrunda atılan addımlara maneə törədilməsinə icazə verilməyəcəyini bildirib.

“Hürriyet”: Milli müdafiə naziri Akar Əfqanıstandan təxliyə mövzusunda danışıb

Milli Müdafiə Naziri Hulusi Akar, dünən verdiyi açıqlamasında vəzifələrini uğurla tamamlayan Türk hərbçilirini Əfqanıstandan çıxarma işinin başladığını bildirib.

“Yeni Şafak”: Xarici İşlər Nazirliyi Kabildəki hücumları qınayıb

Türkiyə Əfqanıstanın paytaxtı Kabildə Həmid Kərzai Hava Limanına edilən hücumları lənətləyib. Xarici İşlər Nazirliyindən verilən açıqlamada: “Xain hücumları lənətləyir, qanlı hadisələr nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı veririk, yaralılara şəfa arzulayırıq”.

“Vatan”: Bayraktar Akıncı sosial mediada “TİHA” ( pilotsuz hücum uçuş aparatı) ilə bağlı video yayımlayıb

Baykar, Twitter hesabından paylaşdığı videoda Bayraktar Akıncı “TİHA”- nın 29 Avqustda təhlükəsizlik qüvvələrinə təhvil veriləcəyini bildirib.

Star: Stuart: “Türkiyə ilə gücümüzü birləşdirməliyik”

 İngiltərə İxracat naziri Graham Stuart, Türkiyənin əhəmiyyətli bir güc və dünya lideri olacaq texnologiyaya sahib olduğunu vurğulayıb və “bu ölkə ilə qüvvələrimizi birləşdirməliyik”-deyib.



Әlaqәli Xәbәrlәr