Türkiyə mətbuat, 18 avqust 2021

Türkiyə qəzetlirində gündəmə dair əks olunmuş xəbərlərin xülasəsi

1693260
Türkiyə mətbuat, 18 avqust 2021

 

“Sabah”: Prezident Ərdoğan 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 21)-in açılış mərasimində əhəmiyyətli mövzulara toxunub

15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF21) dünən İstanbulda prezident Ərdoğanın çıxışı ilə açıq elan edilib. Preziden sərginin açılış mərasimində Türkiyənin terrora qarşı mübarizə bahanəsi ilə on minlərlə kilometr uzaqdakı məsum insanlara bomba yağdıran ölkə olmadığını və indən sonra da olmayacağını vurğulayıb.

“Hürriyet”: Xarici işlər naziri Mövlud Çavuşoğlunun Əfqanıstan ilə əlaqəli sözləri

Xarici işlər naziri Mövlud Çavuşoğlu dünən verdiyi açıqlamada, Talibanın Əfqanıstan ilə bağlı bu günə qədər verdiyi mesajları alqışladıqlarını, Türkiyənin Taliban da daxil olmaqla bütün tərəflərlə dialoqunu davam etdirdiyini bildirib.

“Star”: Türkiyədən başqa heç bir ölkə üçün qardaş ölkə ifadəsindən istifadə etmirik

Cənubi Koreya Milli Məclisinin Başçısı Byeong-seug Türkiyəyə reallaşdırndığı səfər çərçivəsində dünən Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşü zamanı ölkəsinin mövcud inkişafında Türk ordusun təqdirə şayan töhfəsinin olduğunu ifadə edərək deyib ki, Biz heç bir ölkəyə qardaş ölkə demərik. Bu sözü təkcə Türkiyə üçün istifadə edirik.

“Yeni Şafak”: Polşa Müdafiə naziri Türkiyədən satın alınan Silahlı pilotsuz uçuş aparatların 2022 -ci ildə təhvil veriləcəyini bildirib

Polşa Müdafiə Naziri Mariusz Blaszczak Sosial media hesabında paylaşdığı açıqlamasında “BAYKAR Defence” şirkətinin Baş direktoru Haluk Bayraktarla görüşdüyünü və “Bayraktar TB2" SİHA-ların (Silahlı pilotsuz Uçuş Aparatı) 2022 -ci ildə Polşa Silahlı Qüvvələrinə təhvil ediləcəyinin daha bir dəfə təsdiq etdildiyini bildirib.

“Haber Türk”: Türkiyədən ilin ilk 7 ayında 16 min 250 ton Qara dəniz som balığı ixrac edilib



Әlaqәli Xәbәrlәr