Türkiyə mətbuatı, 12 avqust 2020

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi.

1689744
Türkiyə mətbuatı, 12 avqust 2020

"Yeni Şafak": Türkiyənin immiqrasiya siyasəti

Prezident Rəcəb Tayyib Ərdoğan özəl televiziya kanallarının ortaq yayımında Türkiyənin immiqrasiya siyasəti ilə əlaqədar açıqlama verdi: "İran və İraq sərhədlərində ciddi şəkildə divarlarımızı qyüksəldirik. Yüksələn divarlar ölkəmizə qeyri -qanuni köçün qarşısını almaq üçündür. Fəaliyyətlər davam edir. Yaxın zamanda başa çatacaq, sərhədlərimizdə hündür divarlar hörülür" dedi.
 

"Vatan": Nazir Akar pakistanlı həmkarı ilə görüşdü

Milli müdafiə naziri Hulusi Akar Pakistanda görüşləri zamanı müdafiə istehsalat naziri Zobaida Calal ilə görüşdü. Görüşdə Akar başda FETÖ olmaqla, terrorla mübarizədə birlikdə hərəkət etmənin zəruriliyini vurğuladı.
 

"Hürriyet": ABŞ Konqres üzvlərindən qalmaqallı SİHA çağırışı

ABŞ-dakı erməni lobbisinə yaxın 27 Konqres üzvü dövlət katibi Entoni Blinkenə ünvanladıqları məktubda "Baykar" müdafiə şirkəti tərəfindən istehsal edilən PUA və SİHA-ların Cənubi Asiya, Qafqaz, Şimali Afrikada, Aralıq dənizinin şərqi və Orta Şərqdə Amerikanın maraqlarına zidd olduğunu bildirdilər. Konqres üzvləri ABŞ-ın Türkiyəyə dron texnologiyası ixracını dayandırmağa çağırdı.
 

"Star": Dünya nəhəngi "Vivo" Türkiyədə istehsala başladı

Çinin smartfon istehsalçısı "Vivo" tərəfindən Gebzedə 20 milyon dollar sərmayə ilə qurulan fabrikdə ilk smartfon buraxıldı. İldə təxminən 5 milyon mobil cihaz istehsal etməsi planlaşdırılan obyektin 2 min adamı işlə təmin etməsi planlaşdırılır.
 

"Sabah": Türkiyə xanı balığı ixracında dünyada birinci yerdədir

Samsun-Sinop Su Məhsulları İstehsalçıları Birliyinin rəhbəri Osman Parlak Türkiyənin xanı balığı ixracında dünyanın birinci, alabalıq və qızıl balıq ixracında isə dünyada ikinci yerdə olduğunu söylədi.



Әlaqәli Xәbәrlәr