Türkiyə mətbuatı, 6 avqust 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi.

1686544
Türkiyə mətbuatı, 6 avqust 2021

"Yeni Şafak": Milli Təhlükəsizlik Şurasının iclasında yanğınla mübarizə vurğulandı

Prezident Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Milli Təhlükəsizlik Şurası iclasından sonra yayımlanan bəyanatda Türkiyədə davam edən yanğınlarla mübarizənin nəzərdən keçirildiyi və əlavə tədbirlərin müzakirə edildiyi bildirildi.

"Hürriyet": Şentop: "Ən çox İran və Türkiyəyə təsir edir'"

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İran Parlamentinin sədri Məhəmməd Bəkir Kalibafla görüşündə Əfqanıstandakı immiqrasiya problemindən ən çox təsirlənən ölkələrin İran və Türkiyə olduğunu ifadə edərək "Əfqanıstanda sabitliyi təmin etmək və köç dalğasını dayandırmaq üçün əməkdaşlığımızı gücləndirməliyik" dedi.

"Habertürk": Nazir Kocanın "Əqli mülkiyyət" çağırışı

Səhiyyə Naziri Fəxrəddin Koca peyvənd hazırlayan və istehsal edən ölkələrin və şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil edilən "Covid-19" Peyvənd Əməkdaşlıq Forumunda etdiyi çıxışda əqli mülkiyyət hüquqları ilə bağlı müzakirələrin hələ də həll edilməməsinin təəssüf doğurduğunu vurğulayaraq, "Hesab edirəm ki, beynəlxalq əməkdaşlıq bu baxımdan sürətləndirilməlidir" dedi.

"Sabah": TOGG-nin Almaniya həmləsi

Yerli avtomobil TOGG-nin baş meneceri Gürcan Karakaş 2022-ci ilin sonunda avtomobillərin kütləvi istehsal olaraq buraxılacağını və ilk olaraq Türkiyə bazarında satışa çıxarılacağını söylədi. Karakaş "1,5 ildən sonra əvvəl Almaniyada, sonra Avropanın digər bazarlarında satışa başlayacağıq" deyə bildirdi. 

"Star": "Turkish Cargo"nun əhəmiyyətli uğuru

Beynəlxalq Hava Nəqliyyatı Dərnəyinin (IATA) yaydığı məlumatlara görə, keçən ilin iyun ayında daşıdığı yük nisbəti ilə 6-cı yerdə olan "Turkish Cargo" 2021 -ci ilin iyun ayında Amerika, Avropa və Uzaq Şərqdən olan rəqiblərini üstələyərək 3-cü yerə yüksəldi.



Әlaqәli Xәbәrlәr