Türkiyə mətbuatı, 2 avqust 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi.

1683849
Türkiyə mətbuatı, 2 avqust 2021

 

"Hürriyet": Türkiyədən Yunanıstana nota

Xarici İşlər Nazirliyi tərəfindən sərhəd şəhəri Ədirnədə bir Türkiyə vətəndaşının Yunanıstan tərəfindən açılan atəşlə həyatını itirməsi ilə əlaqədar bu ölkəyə nota verildi.

"Star": Nazir Varank: "Tezliklə yeni mərhələyə keçəcəyik"

Sənaye və texnologiya naziri Mustafa Varank "VLP əsaslı yerli peyvənd namizədimizdə vətəndaşlarımızın fədakarlığı ilə son mərhələyə yaxınlaşırıq. İkinci mərhələ fəaliyyətləri sona çatmaq üzrədir. Üçüncü mərhələyə yaxın zamanda daxil olacağımıza ümid edirəm. Bu peyvəndin yeni variantlar qarşısında əhəmiyyətli müqavimət təmin edəcəyini nəzərdə tuturuq" deyib.

"Yeni Şafak": Dənizin dibində çəkiləcək boru xəttinin istehsalına başlanıldı

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez Qara dəniz qazı üçün geri sayımın davam etdiyini və dəniz dibinə çəkiləcək 169 kilometrlik boru kəmərinin ilk istehsalının başladığını açıqladı.

"Habertürk": Varank: Dünyanın ən böyük canlı balıq gəmisinin ilk qaynağını reallaştırdı

Sənaye və texnologiya naziri Mustafa Varank Yalovanın Altınova qəsəbəsində Cemre tərsanəsində istehsal ediləcək dünyanın ən böyük canlı balıq daşıma gəmisinin ilk qaynağını reallaşdırdı. Norveçə ixrac ediləcək gəminin 2023-cü ildə təhvil verilməsi planlaşdırılır.

"Sabah": İstanbula son 16 ayın ən çox turisti iyun ayında gəldi

İstanbul normallaşma prosesinin başlanması ilə iyun ayında 684 min 621 xarici turistə ev sahibliyi edərək son 16 ayın ən çox turistinə ev sahibliyi etdi. İstanbula gələn əcnəbilər arasında 70 min 989 turistlə almanlar birinci yeri tutdu. Alman turistləri sırasıyla iranlılar, amerikalılar, ukraynalılar, iraqlılar, fransızlar və ruslar izlədi.



Әlaqәli Xәbәrlәr