Türkiyə mətbuatı, 28 iyul 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi

1681302
Türkiyə mətbuatı, 28 iyul 2021

“Star”: Prezident Ərdoğan: “Hədəf 500 milyon dollar”

 Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Anqola Prezidenti João Manuel Gonçalves Laurenço ilə görüş keçirib. Prezident Ərdoğan  təkbətək və çoxtərəfli danışıqlardan sonra təşkil edilən birgə mətbuat konfransında, iki ölkə arasındakı ticarət həcminin arzu edilən seviyyədə olmadığını, hal-hazırda 176 milyon dollar  olan ticarət həcminin ilk mərhələdə 500 milyon dollara qaldırmağı planlaşdırdıqlarını vurğulayıb.

 “Yeni Şafak” : Amerikan Forbes: “Türkiyə Silahlı pilotsuz uçuş aparatı (SİHA) sahəsində ixracat bazarı yaradır”

Dünya mətbuatı Türkiyənin Silahlı Pilotsuz Uçuş Aparatı (SİHA) istehsalındakı uğurları barədə danışmağa davam edir. ABŞ-da nəşr olan Forbes jurnalı, Türkiyənin Pilotsuz uçuş aparatı ixracında nəhəng bazara sahib olduğuna, aparatı satın almaq istəyən ölkələr arasında NATO və Avropa İttifaqı üzvlərinin iştirak etdiyinə diqqət çəkib.

“Vatan”: “Türkiyə İran sərhədində hərəkətə keçdi”

Van valisi Mehmet Əmin Bilməz bildirib ki, immiqrasiya təzyiqinin artması ilə Türkiyə-İran sərhədinin təhlükəsizliyini təmin etmək, qanunsuz keçidlərin və qaçaqmalçılıq fəaliyyətlərinin və terrorçuların qarşısını almaq üçün 295 kilometr olan sərhəd xəttində divar inşa ediləcək.

“Hürriyet”: “Dünyanın ilk ‘təbəssüm’ emojisi nümayiş etdirilir”

4 il əvvəl Suriya sərhədində yerləşən Qaziantəp şəhərinin  Karkamış qəsəbəsindəki  antik şəhərdə aparılan arxeologiya araşdırmaları  nəticəsində üzərində “təbəssüm” emojisi təsvir  olunmuş suluq tapılıb. 3700 yaşı olan su qabı Qaziantəp Arxeologiya Muzeyində sərgilənir.

“Sabah”: “Antaliya 9 gündə yarım milyondan çox turistə ev sahibliyi etdi”

 17-25 İyul tarixlərini əhatə edən 9 gündə Antalyaya 200 min 356-sı Rusiyadan, 76 min 152-si  Almaniyadan, 68 min 663-ü Ukraynadan, 28 min 898-i Polşadan 15 min 917-si Qazaxıstandan olmaqla cəmdə 562 min 907 xarici turist gəlib.

 



Әlaqәli Xәbәrlәr