Türkiyə mətbuatı, 17 iyun 2021

Türkiyə mətbuatında gündəmə dair əks olunmuş xəbərlirin xülasəsi

1659598
Türkiyə mətbuatı, 17 iyun 2021

“Sabah”: Ərdoğandan Azərbaycan Milli  Məclisində yaddaşlarda qalacaq sözlər Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisinə müraciətində: “Bu gün bütün imkan və vasitələrimizlə Azərbaycanın yanındayıq. Ümudünya bilsin ki bu birlik-bərabərliyimiz bundan sonra da davam edəcək. Daha bölgədə düşmənçiliyin sona çatması üçün Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanın iştirak edəcəyi 6-lık platforma təklifimizi tekrar edirəm”.

“Star”: “Lesser”: Türkiyə NATO-nun fövqəladə əhəmiyyətə malik müttəfiqidir

Alman Marşal Fondunun (GMF) vitse-prezidenti və xarici siyasət direktoru Dr. Lan Lesser, Türkiyənin NATO-nun fövqəladə əhəmiyyətə sahib müttəfiqi olduğu fikrini bir çox üzv ölkənin qəbul etdiyini, Türkiyənin köməyi olmazdan mövcud böhranlara idarə və nəzarətin çətin olduğunu qeyd edib.

“Yeni Şafak”: İlk yerli nüvə batareyası

 Yıldız Texniki Universiteti uzunmüddətli nüvə batareyası prototipi hazırlayıb. Batareya ilə kosmik aparatlar, kardiostimulyatorlar, sualtı sistemlər və elmi stansiyalar kimi uzun müddət nəzarətsiz işləyə biləcək cihazlar gücləndiriləcək. “Hürriyet”: Xaricdəki 4 min 862 mədəniyyət irsi əsər Türkiyəyə qaytarılıb Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin səyləri nəticəsində xaricə aparılmış mədəniyyət irsi əsərlərimizdən cari ilin ilk 6 ayında daha 423-ü geri qaytarılıb. Beləci 2003-cü ildən bəri ölkəyə qaytarılan əsərlərin sayı  4862-yə çatıb.

“Habertürk”: İstanbul Havalimanı, 635 uçuşla Avrozona havalimanları arasında ilk sırada iştirak edir

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının hazırladığı uçuş trafiki hesabatına görə İstanbul Hava limanı çərşənbə axşamı reallaşan 635 uçuşla Avropadakı hava limanları ilk sırada iştirak edib.



Әlaqәli Xәbәrlәr