Türkiyə mətbuatı, 14 iyun 2021

“Yeni Şafak”, “Hürriyet”, “Sabah”, “Star” və “Haber Türk” nələrdən yazır?

1657246
Türkiyə mətbuatı, 14 iyun 2021

 

“Yeni Şafak”: Ərdoğan “PKK/YPG-dən xəstəxanaya hücumun hesabını soruşacağıq" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Sammiti üçün Belçikanın paytaxtı Brüsselə səfərdən qabaq təşkil edilən mətbuat konfransında terror təşkilatı PKK/YPG-nın Afrində xəstəxanaya etdiyi hücumla bağlı bildirib: "Terror hücumu PKK/YPG-nin necə amansız və vəhşi bir təşkilat olduğunu göstərdi. Ölkəmizdə günahsızları, Suriyada vətəndaşları, İraqda kürd qardaşlarımızı qətl edən bu alçaqlardan tökdükləri hər damcı qanın hesabını soruşacağıq".

“Hürriyet”: TSQ-dən Tel-Rıfatda terror təşkilatına ağır zərbə

  PKK/YPG-nin Afrindəki xəstəxanaya etdiyi hücumdan sonra mehmetcik Tel-Rıfatda terrorçulara aid hədəfləri atəşə tutdu. Açılan "cəzalandırma" atəşləri nəticəsində terrorçuların istifadə etdiyi 3 sözdə “qərargah binası” ilə 1 sığınacaq məhv edildi, çox sayda terrorçu zərərsizləşdirildi.

“Sabah": Akardan Liviya mesajı: “Dünya bunu yaddan çıxarmamalıdır"

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviya səfərində: "Qiyamçı hafterçilər Liviya Hərbi Məktəbinin şagirdlərini qətl etdilər, yüzlərlə insanı kütləvi məzarlıqda basdırdılar. O insanların ailələri böyük çətinlik içindədir. Dünya bunu yaddan çıxarmamalıdır", - dedi.

“Star”: Türkiyə SİHA-larına qarşı çox da şansımız olmazdı

  Almaniya ordusunun Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşmə ehtimalını qiymətləndirən müdafiə naziri və Strateji Araşdırmalar İnstitutunda çalışan podpolkovnik Maykl Karl (Michael Karl) deyib: "Türkiyə SİHA-larına qarşı çox da şansımız olmazdı".

“Haber Türk": Mebel, kağız və meşə məhsulları sektoru ixracatı 28 faiz artıb

  Türkiyənin mebel, kağız və meşə məhsulları ixracatı 2021-ci ilin ilk 5 ayında 2020-ci ilin eyni dövrünə görə 28 faiz artaraq 2,6 milyard dollara çatıb ki, bu rəqəmin 1,6 milyardı mebelin payına düşür.

 



Әlaqәli Xәbәrlәr