Türkiyə mətbuatı, 21 may 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olmuş  xəbərlər

1643017
Türkiyə mətbuatı, 21 may 2021

Hürriyet: Çavuşoğlunun BMT-də diqqətləri cəlb edən çıxışı

Xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin (BMGK) Fələstin sessiyasında çıxış edib. İsrailin Fələstin ərazilərindəki işğalına son qoymaq üçün beynəlxalq ictimaiyyətin səfərbər edilməlinin lazım gəldiyini ifadə edən nazir ümumdünyaya həll yol xəritəsini izah edib. Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının öhdəliklərinə əməl etmədiyinə diqqət çəkib və ədalətsizliyə biganə qalmağın törədilən cinayətə ortaq olmaq qədər qeyri adi olduğunu vurğulayıb.

“Sabah”: Nazir Süleyman Soyludan maraqlı sözlər

 Daxili İşlər Naziri Süleyman Soylu dünən verdiyi açıqlamada Türkiyənin dünyaya terrorla mübarizədə dərs verdiyini vurğulayıb. Bütün terror təşkilatlarının yuvalarının başlarına uçurulduğunu  xatırladıb və  xüsusilə son vaxtlarda terror təşkilatlarının sözdə yüksək vəzifəli mənsublarının zərərsizləşdirildiklərinə  diqqət çəkib.

“Xəbər Türk”: "Nazir Fahrettin Koca və Prof. Dr. Şahindən peyvənd açıqlaması

Səhiyyə naziri Fahrettin Koca, dünən Elmi Komitə iclasından sonra verdiyi açıqlamada, “BioNTech” əczacılıq şirkətindən 120 milyon doza peyvənd satın alınacağını bununla əlaqəli müqavilə imzalandığını bildirib.

“BioNTech” şirkətinin baş meneceri professor Doktor Uğur Şahin də açıqlamasında imzalanan müqavilə çərçivəsində Türkiyəyə İyun ayının sonuna dək 30 milyon, qalan 90 milyon dozanın isə İyul-Avqustda təhvil veriləcəyini qeyd edib.

“Yeni Şafak”: Türkiyə 519 mavi bayraq çimərliyi ilə dünyada 3-cü sırada

 Ətraf və şəhərsalma üzrə nazir Murat Kurum, bu il Türkiyənin 519 mavi bayraq çimərliyi ilə dünyada 3-cü sırada qərarlaşdığını, bu sahədəki bütün səylərin mükafatını almağın qürurunu yaşadıqlarını qeyd edib. 2023-cü il üçün hədəfin ilk pilləyə yüksəlmək olduğunu vurğulayıb.

“Star”: Burak Yılmaz növbəti dəfə qürurlandırdı

 Fransa Liqası 1-də Lilldə oynayan milli futbolçu Burak Yılmaz, performansıyla liqada ayın oyunçusu seçildi. Yılmaz dekabr və apreldə də ayın oyunçusu seçilmişdi.



Әlaqәli Xәbәrlәr