Türkiyə mətbuat,17 may 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi.

1640688
Türkiyə mətbuat,17 may 2021

“Sabah”: Ərdoğan Fələstin və Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı açıqlama verib

Prezident Rəcəb Tayyib Ərdoğan Sabah qəzetinə müsahibəsində: “Terror dövləti olan İsrailin törətdiyi qırğına biganə qalanlar idrak etməlidilərki bir gün prosesdən özləri də zərər çəkəcəklər Türkiyənin Kipr Türk xalqının haqqını müdafiə etməkdə imtina etmiyəcəyini ifadə edən prezident Ərdoğan Türk xalqının özündən başqa heç kimə inanmadığına diqqət çəkib.

“Vətən”: Birləşmiş Millətlər Təşkilatı (BMT) dərhal İsrailin törətdiyi cinayətləri gündəmə gətirməlidir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop bu barədə açıqlama verib. Qeyd edib ki, BMT-nin İsrail və Fələstinə qarşıdurmalara son qoyun çağırışı qənaətbəxş deyil. BMT dərhal İsrailin törətdiyi qırğınları, dövlət terrorunu və insanlığa qarşı cinayətlərini gündəminə daxil etməlidir.

“Haber Türk”: İsrailin hücumları qarşısında susmaq qəbuledilməzdir

 Türkiyənin BMT-dəki Daimi Nümayəndəsi Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasının İsrailin hücumlarına biganə qalmasının qəbul edilməz olduğunu vurğulayıb və Fələstinlilər üçün beynəlxalq qoruma mexanizminin yaradılmasını təklif edib.

“Yeni Şafak”: Fələstin üçün Liviya modeli

 Kontr-admiral Cihat Yaycı, Türkiyəyə Liviya kimi Fələstinlə də dəniz icazəsi müqaviləsi imzalamağı təklif edib.

Türkiyənin dənizdən Fələstin ilə qonşu ola biləcəyini ifadə edən Yaycı, 2011-ci ildə “Şimali Kipr Türk Respublikası (KKTC) ilə imzalanan kontinental şelf delimitasiyası müqaviləsinin buna nümunə təşkil etdiyini və ŞKTR-nın BMT-nin üzvü olmamasına baxmayaraq müqavilənin etibarlı olduğunu vurğulayıb.

“Star”: ABŞ-ın İsrailə yardımı hüquqlara ziddir

 İsrailin Qəzzadakı Fələstinlilərə hücumları davam edərkən, Amerikalı Demokrat Senator Bernie Sanders, İsrailə hər il təxminən 4 milyard dollarlıq hərbi yardım edən Amerika Birləşmiş Ştatları (ABŞ) rəhbərliyinə reaksiya verib.

Sanders ABŞ-ın yardımlarından insan haqları pozuntularını dəstəkləmək üçün istifadə etməyin qanunsuz olduğunu vurğulayıb və tərəfləri atəşkəsə çağırmağı təklif edib.



Әlaqәli Xәbәrlәr