Türkiyə mətbuatı, 14 may 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunan xəbərlərin xülasəsi

1639223
Türkiyə mətbuatı, 14 may 2021

"Sabah": Prezident Ərdoğandan dalbadal Əl-Əqsa diplomatiyası 

Prezident Rəcəb Tayyib Ərdoğan Malayziyanın keçmiş baş naziri Mahathir Məhəmmed, Əfqanıstan Prezidenti Əşrəf Qani, Qırğızıstan Prezidenti Sadır Japarov və İraqın Baş naziri Mustafa Kazımi ilə telefonla danışdı. Görüşlər zamanı İsrailin Fələstinə etdiyi hücumlar və təzyiqlər müzakirə edildi.

"Yeni Şafak": Akar: "Yunan qonşularımız təxribat və təhdid dilindən imtina etməlidir"

Milli müdafiə naziri Hulusi Akar "Yunan qonşularımız təxribatdan və təhdid edən dildən imtina etməlidir. Türkiyəyə 'işğalçı" deyənlər 1821-2020 illəri arasındakı xəritəyə baxmalıdırlar, kim işğalçıdır" dedi.

"Star": Ayasofyada 87 ildən sonra bir ilk

Muzey kimi istifadəyə verilməsindən sonra yenidən ibadətə açılan Ayasofyada 87 ildən sonra ilk Ramazan bayramı namazı qılındı. Namazı Din İşləri üzrə İdarənin rəhbəri Prof. Dr. Doktor Əli Erbaş qıldırdı. 

"Hürriyet": Fransız  astronavtdan fövqəladə Ramazan bayramı təbriki

23 aprel tarixində "SpaceX-in Falcon 9" raketi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilən fransız astronavt Thomas Pesquet Kabənin bütün işıqları ilə göründüyü və Məkkənin gecə kosmosdan çəkilmiş şəklini paylaşaraq müsəlmanları Ramazan bayramı münasibətilə tərik edib. Pesquet "Twitter" hesabında "Yaxşı Bayramlar" (EidMubarek) etiketilə ingilis və fransız dillərində "Məkkə! O qədər parlaqdır ki, göz qamaşdırır" mesajını paylaşdı.

"Vatan": Türk Hava Yolları yenidən Avropanın zirvəsində

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 11 may tarixli uçuş trafik hesabatına görə, Türk Hava Yolları (THY) Avropa üzrə gündəlik ən çox reys həyata keçirən aviaşirkət olub.
Pandemiya dövrü olmasına baxmayaraq, THY mayın 11-də 488 reys həyata keçirib.



Әlaqәli Xәbәrlәr