Türkiyə mətbuatı, 13 may 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunan xəbərlərin xülasəsi

1638700
Türkiyə mətbuatı, 13 may 2021

"Star": Prezident Ərdoğan: "İslamofobiya virusu xüsusilə Avropada sürətlə yayılır"

Prezident Rəcəb Tayyib Ərdoğan "BMT kürsüsündən illərdir dilə gətirdiyimiz "Dünya 5-dən böyükdür" çağırışımızın nə qədər haqlı olduğuna hamımız şahid olduq. Yeni növ koronavirus kimi təhlükəli olan İslamofobiya virusunun Avropa ölkələrində sürətlə yayıldığını söyləyən Ərdoğan "6 milyonu türk olan 35 milyon müsəlmanın yaşadığı Avropa hazırda qardaşlarımız üçün getdikcə açıq hava həbsxanasına çevrilir" deyib.
"Sabah": İƏT Türkiyənin təşəbbüsü ilə toplandı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Nümayəndələr Komitəsi 11 mayda Türkiyənin təşəbbüsləri ilə toplandı. İclasın sonunda İsrailin hücumları qınandı. Beynəlxalq qoruma təmin etmək və işlədiyi cinayətlərdən İsrailin məsuliyyət daşıması üçün çağırış edildi.

"Yeni Şafak": Fələstinin Türkiyənin prioritetlərindən biri olduğunu bir daha gördük

Qüds Müdafiə Missiyasının rəhbəri Nasir Əl-Hidmi "Fələstinin Türkiyənin prioritetlərindən biri olduğunu bir daha gördük" dedi. Türkiyənin bu mövzuda beynəlxalq kontekstdə hər zaman ön planda olduğunu söyləyən Hidmi "Türkiyəyə və Prezident Ərdoğana təşəkkür edirəm" deyə bildirdi.

"Vatan": Bir dəstdə 12 raket

Prezident Aparatı Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir "BMC istehsalı "Vuran" vasitəsinə inteqrasiya edilmiş 107 millimetrlik "Çox lüləli raket əlayhinə" (ÇNRA) test atışında hədəfi müvəffəqiyyətlə vurdu. Tək dəstdə 12 raket atan ÇNRA-lu "Vuran" Türkiyə Sulahlı Qüvvələrinin istifadəsinə verildi" dedi.
"Hürriyet": Mənzil satışları aprel ayında 124 faiz artdı

Aprel ayında Türkiyə daxilində 95 min 863 ev satıldı. Satışlar keçən ilə müqayisədə 124 artdı. Əcnəbilərə mənzil satışları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 416,1 faiz artaraq 4 min 77 oldu.



Әlaqәli Xәbәrlәr