Türkiyə mətbuat,10 may 2021

Türkiyə mətbuatında qlobal və yerli gündəmə dair dərc olunan xəbərlərin xülasəsi

1637143
Türkiyə mətbuat,10 may 2021

Sabah: Ərdoğandan Avropa İttifaqı ilə əlaqəli açıqlama

Prezident Rəcəb Tayyib Ərdoğan, dünən Avropa Günü münasibətilə açıqlama verib. Qeyd edib ki, Avropa İttifaqının güclü qlobal aktyor ola bilməsi strateji səbir və vizyona sahib olmalıdır. Alyansın mövcudiyyətinin davam edəbilməsi Türkiyinin güçlü dəstəyindən asılıdır.

“Star”: Avropea İttifaqı qlobal mövqeyə güclü bir Türkiyə ilə qovuşa bilər

Xarici işlər nazirinin müavini və Avropa İttifaqının (Aİ) rəhbəri səfir Faruk Kaymakcı 9 May Aİ günü münasibətiylə video mesaj yayıb. Türkiyə ilə Avropanın ortaq keçmişə sahib olduqları xatırladılan mesajda tərəflərin gələcəyi də əməkdaşlıq çərçivəsində bərpa etmələrinin əhəmiyyətinə diqqət çəkilib. Aİ-nin güclü bir Türkiyə ilə güçlü mövqeyə sahib olabiləcəyi və qlobal aktyora çevriləcəyi vurğulanıb.

Vatan: Nazir Dönmez Yerli lityumun testlərinin uğurlu olduğunu bildirib.

Maye bor tullantılarından istehsal olunan yerli lityum, Türkiyənin ən böyük akkumulyator istehsalçılarından biri olan Hərbi Batareya Sənayesi və Ticarət Təşkilatı (ASPİLSAN) tərəfindən aparılan sınaqlardan uğurla keçib.

Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönməz twitter hesabında bu barədə açıqlama verib. Bildirib ki, Türkiyənin lityumu uğurla sınaq edildi. Türkiyənin yüksək texnoloji məhsulları yerli lityum ilə etibar qazanacaq.

“Hürriyet”: THY Avrozonada liderliyini davam etdirir.

Türk Hava Yolları (THY), 6 Mayda gündəlik orta hesabla 504 uçuşla Avrozonadakı liderliyini qorudu. Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) uçuş trafik hesabatına görə, THY-ni 392 uçuşla Air France izləyib.

Haber Türk: Yanvar-aprel dövründə avtomobil istehsalı 28% artıb.

İlin ilk 4 ayında Türkiyədə ümumi avtomobil istehsalı ötən ilin müvafiq dövrünə müqayisə 28% artaraq 415 min 187 ədədə olub.



Әlaqәli Xәbәrlәr